Özbəkistanın paytaxtı Daşkənddə Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılacaq.
“Azərbaycan müəllimi” “Report”-a istinadən xəbər verir ki, Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.
Yeni ali təhsil müəssisəsində beynəlxalq standartlara uyğun olaraq mühəndislik, tikinti, logistika, İT və proqramlaşdırma, səhiyyə, kənd təsərrüfatı, qida sənayesi, iqtisadiyyat və sosial sahələrdə kadrlar hazırlanacaq.
"2025/2026-cı tədris ilindən etibarən universitetdə tədris prosesi təhsil sahəsində beynəlxalq səviyyədə tanınmış təşkilatların reytinqində top-1000-ə daxil olan və Türkiyənin aparıcı ali təhsil müəssisələrinin tədris proqramları əsasında təşkil olunacaq", - sənəddə qeyd olunub.
Türk Dövlətləri Beynəlxalq Universitetində tələbələrin təhsili ödənişli müqavilə əsasında həyata keçiriləcək, qəbul parametrləri və ödənişli müqavilənin məbləğini universitetin özü müəyyən edəcək.
Ali təhsil müəssisəsinin fəaliyyətinin təşkili və əlaqələndirilməsi üçün idarəetmə şurası yaradılacaq.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)