3 dekabr 2024

Bütün xəbərlər
test
19 noyabr, 16:29
43

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında dosent Güləddin Həmzəyevin təqdimatında “İqlim dəyişkənlikləri - səbəbləri, nəticələri və mübarizə tədbirləri” mövzusunda elmi seminar keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, seminarda filial rəhbərliyi, professor-müəllim heyəti və struktur rəhbərləri iştirak ediblər.

Seminarı giriş sözü ilə açan filialın dəqiq və təbiət elmləri kafedrasının müdiri səlahiyyətlərinin icraçısı, riyaziyyat üzrə fəlsəfə doktoru Nurbala Süleymanov mövzunun aktuallığı və bu kimi tədbirlərin əhəmiyyəti barədə danışıb.

Spiker dosent Güləddin Həmzəyev hazırda aktual problem olan qlobal iqlim dəyişkənlikləri, onların yaranma səbəbləri, ondan qaynaqlanan problemlər və mübarizə üsulları haqqında geniş məlumat verərək, hazırda ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Sessiyasının Tərəflər Konfransı - COP29-un keçirilməsinin tarixi əhəmiyyətindən bəhs edib. Alim bildirib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi “COP29 Azərbaycanın bu vaxta qədər ev sahibliyi etdiyi bütün tədbirlərdən müqayisəyə gəlməz dərəcədə üstündür”.

Kainatdakı bütün məsələlərin Yer kürəsinə təsiri barədə təhlilləri təqdim edən alim əsaslandırıb ki, buzlaşma, buxarlanma və s. kimi proseslər bütün dövrlərdə iqlim dəyişikliyinə müstəsna təsir edən amillər sırasında olublar.

İnteraktiv formada keçirilən seminar iştirakçıları maraqlandıran sualların müzakirəsi ilə davam etdirilib.

1 /6

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/19%20November%202024/5fb83354-d68b-4d8d-8c7e-277e6e3c66b1_1000308300.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/19%20November%202024/1e924a50-d180-4e11-adf1-f9cf271161c5_1000308301.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/19%20November%202024/8c80674e-a97f-45f1-9154-9e9e4322861f_1000308303.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/19%20November%202024/7bc76fd2-4522-43aa-a591-d9b2c700e8da_1000308305.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/19%20November%202024/201a4f16-374c-4427-8690-6558142e4210_1000308306.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/19%20November%202024/daf3007d-e47b-492e-b0f8-ea4d497b2280_1000308304.jpg

Xəbər lenti

3 dekabr, 19:29
12

Özbəkistanda havadan su əldə etmək üçün texnologiya tətbiq ediləcək

3 dekabr, 18:36
16

Rusiya xərçəngə qarşı vaksini 2025-ci ildə sınaqdan keçirəcək

3 dekabr, 16:59
47

Naxçıvanın Təhsil Nazirliyində və rayon təhsil şöbələrində yeni təyinatlar olub

3 dekabr, 16:56
126

Yeni ixtisaslar yaradıldı, bəziləri ləğv olundu – Təfərrüat

3 dekabr, 16:10
14

ADMİU-nun rəssam müəllimləri beynəlxalq müsabiqənin qalibi olublar

3 dekabr, 15:39
18

Arxeoloqlar Antarktidada qədim şəhərin xarabalıqlarını tapıblar

3 dekabr, 15:25
23

Naxçıvan məktəblərindəki 84 vakant yer üzrə sənəd qəbuluna başlanılıb

3 dekabr, 15:21
36

SABAH tələbə-məzun forumu və karyera sərgisi keçirilib

3 dekabr, 14:51
21

Kardiff Universitetinin yeni kəşfindən sonra kimya dərslikləri yenidən yazılmalıdır

3 dekabr, 14:34
24

Kanadada süni intellekt sahəsində uğurlara imza atan azərbaycanlı: "Günahın kimdə olduğu bilinmirdi"

3 dekabr, 14:33
55

Mehriban Vəliyeva: “Psixoloqların da sertifikatlaşdırılması vacibdir”

3 dekabr, 14:24
50

Dərsə maraq oyadan “qarmaq”

3 dekabr, 14:15
120

Naxçıvan Dövlət Universitetinə rektor təyin olunub – SƏRƏNCAM

3 dekabr, 14:00
28

Sağlamlıq imkanları məhdud uşaqların məhdudiyyətsiz təhsil imkanları 

3 dekabr, 13:48
13

Tümen Dövlət Universiteti ilə Botanika İnstitutu arasında memorandum imzalanıb

3 dekabr, 13:01
23

Zəfərin elm və təhsil təntənəsi

3 dekabr, 12:59
56

Füzuli məktəblisi beynəlxalq riyaziyyat olimpiadasında qızıl medal qazandı

3 dekabr, 12:46
44

Gəncənin uşaq rəqs ansamblı Çempionlar Kubokunun qalibi olub

3 dekabr, 12:45
26

Həssas məkan - Uşaq və Ailələrə Dəstək Mərkəzindən REPORTAJ

3 dekabr, 12:43
181

Ali təhsil səviyyələri üzrə ixtisasların yeni Təsnifatı təsdiqlənib

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.