Təhsil xərcləri 8,7 faiz artırılır
Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar təhsil sektoruna da öz müsbət təsirini göstərib, təhsilin inkişafı sahəsində mühüm strategiya və proqramlar qəbul edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün Milli Məclis komitələrinin birgə iclasında deyib.
O bildirib ki, təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində son illərdə dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artıb.
“2025-ci ilin büdcə layihəsində ”Təhsil" bölməsi üzrə 4.95 milyard manat (büdcədə xüsusi çəkisi 12% olmaqla) vəsait proqnozlaşdırılıb. Bu, ötən illə müqayisədə 396 milyon manat çox olmaqla, 8.7% artım deməkdir.
Təhsil bölməsində Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsait 4.32 milyard manat proqnozlaşdırılıb ki, bu da ötən illə müqayisədə 197 milyon manat çox olmaqla, 4.8% artım deməkdir".
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)