Bütün xəbərlər
21 noyabr, 18:50

COP29-da iştirak edənlər arasında məktəblilər, tələbələr və elmi-tədqiqatçılar da var. 

"Azərbaycan müəllimi" onların bir neçəsi ilə həmsöhbət olub.

İlk müsahibimiz olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndəsi Mariana Fernandes Bento portuqaliyalıdır.

O, Lissabon Nova Universitetində dillər və beynəlxalq münasibətlər üzrə bakalavr təhsili alıb, hazırda beynəlxalq və Avropa hüququ üzrə magistr təhsili alır.

Mariana deyir ki, bu, onun  iştirak etdiyi ilk COP tədbiridir. COP29-da olarkən çox təcrübə qazanıb:

 “COP29 mənim çoxtərəfli diplomatiya ilə bağlı ilk təcrübəmdir.  Danışıqlar hələ də gedir. Əslində, edə biləcəyimiz çox şeylər var, lakin tərəflər arasında uzlaşmada bəzi çətinliklər var. Biz iqlim keçidi ilə bağlı bir sıra tədbirlərdə olarkən bu sahədə çalışan bəzi insanlarla tanış olmuşuq. COP29-un əsas gündəliyi iqlim maliyyəsidir. Düşünürəm ki, iqlim maliyyəsi ilə yanaşı, iqlim təhsili də vacibdir. Azərbaycan iqlim savadılığına dair mühüm təkliflər irəli sürüb”. 

COP29-un daha bir iştirakçısı Eyslinn Patrik bu tədbirdə iştirak etməkdən böyük zövq aldığını deyib. 

Patrik tələbədir və COP29-da müşahidəçi kimi iştirak edir. 

O deyir ki, iqlim maliyyəsi ölkələr arasında böyük mübahisə mövzusudur:

“Buna baxmayaraq, düşünürəm ki, danışıqlardan sonra müsbət qərarlar qəbul olunacaq”.

O, COP tədbirində ilk dəfə iştirak etdiyini bildirib: 

“COP29-da bir sıra maraqlı pavilyonları ziyarət etmişəm. Burada bir çox gənclərlə müzakirələr aparmışıq”.

Eyslinn Patrik Bakıya heyran olduğunu vurğulayıb: “Bu şəhərin füsunkar memarlığı var. İstər CO29-un keçirildiyi məkanda, istərsə də şəhərdə gəzərkən insanları, xüsusilə yardımsevər və mehriban könüllüləri çox sevdim. Könüllülərin çoxu tələbələrdir, deyəsən, aralarında hətta məktəblilər də var”.

Biatris Şaklford da tələbədir. O, COP29-da müşahidəçi missiyasını yerinə yetirir.

O deyir ki, dünyanın hər yerindən insanlarla tanış olub, onlarla müzakirələr aparmaqdan çox məmnun qalıb.

Azərbaycana ilk dəfə gəldiyini söyləyən Biatris Şaklford ölkəmizin COP29-a hazırlığının heyrətamiz olduğunu bildirib: “COP29-da keçirilən panel müzakirələri çox bəyəndim. Xüsusən müzakirə iştirakçılarından nə istədiklərini eşitmək maraqlı idi. Burada gənclər üçün maarifləndirici tədbirlər keçirilir. Onların bu qlobal problemin həllindəki rolları müzakirə edilir. Panellərdə təhsilin əhəmiyyəti xüsusi vurğulanır. İnanıram ki, COP29-da iqlim probleminin həllinə yönələn konkret addımlar atılacaq”.

Şərhlər

Xəbər lenti

12 iyul, 21:30

Bakı Ali Neft Məktəbində “Məzun günü” keçirilib

12 iyul, 14:22

Direktorların işə qəbulu üzrə esse mərhələsinin nəticələri açıqlanıb

11 iyul, 21:38

“Xankəndidə işləmək istəyirəm” – MİQ imtahanından yüksək bal toplayan müəllim

11 iyul, 19:52

Gənclərə fotoqrafiya üzrə təlim kursu keçirilir

11 iyul, 17:21

Lənkəran məktəbindən böyük uğur: Bir sinifdən 9 qırmızı attestat

11 iyul, 17:02

“MİQ məktəblərdə yüksək bilikli kollektiv formalaşdırır” – İmtahandan uğurla keçən müəllim

11 iyul, 16:59

Məktəblərdə riyaziyyatın öyrədilməsi metodikası

11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.