Bütün xəbərlər
26 noyabr, 12:21

2-9 dekabr 2024-cü il tarixlərində Azərbaycanda “Bebras” həftəsi keçiriləcək.

“Aərbaycan müəllimi” xəbər verir ki , "Bebras" İnformatika və Alqoritmik Düşüncə Yarışması şagirdlərin alqoritmik və hesablama təfəkkürlərini inkişaf etdirmək məqsədilə təşkil olunur və proqramlaşdırma bilikləri tələb etmədən informatika üzrə tapşırıqları həll etməyə yönəlib. 

Müsabiqə onlayn rejimdə baş tutur. Bu da ölkənin istənilən nöqtəsindən şagirdlərin iştirakını asanlaşdırır və logistika baxımından əlverişlidir. Şagirdlər 40 dəqiqə ərzində öz yaş qruplarına uyğun müxtəlif tapşırıqları həll edirlər. Bu tapşırıqlar şagirdlərin analitik düşünmə, məntiqi əlaqələri qurma və problem həll etmə bacarıqlarını inkişaf etdirir.

İnformatika və rəqəmsal inkişafın təbliğini məqsəd qoyan bu tədbir “İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi” və “Təhsil İnstitutu”nun təşkilati dəstəyi ilə keçirilir. Yarışmanın rəsmi təşkilatçısı Azərbaycanda "Bebras" müsabiqəsinin rəsmi nümayəndəsi ÖzünÖyrən MMC-dir.

“Bebras” Həftəsi bu il daha geniş iştirakçı kütləsi ilə ölkə üzrə böyük marağa səbəb olmuşdur. Hazırda Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən azad edilmiş Qarabağ ərazisi də daxil olmaqla 1000-dən çox məktəb iştirak üçün qeydiyyatdan keçib. Müsabiqə, 1-ci sinifdən 10-cu sinfədək bütün şagirdlər üçün açıqdır.

Qeyd edək ki, Beynəlxalq "Bebras" İnformatika və Alqoritmik Düşüncə Yarışması ilk dəfə 2004-cü ildə Litvada keçirilib. Yarışmanın məqsədi şagirdlər arasında informatika və kompüter elmlərinə marağı artırmaqdır. Hazırda ABŞ, Almaniya, Fransa, Yaponiya, Türkiyə və başqa ölkələr də daxil olmaqla 70-dən çox ölkədə bu müsabiqə keçirilir yüz minlərlə şagird iştirak edir.

Azərbaycanda isə "Bebras" müsabiqəsi 2014-cü ildən keçirilir. 2023-cü ildə 61 rayon və şəhərdən 242 məktəbi əhatə etmiş və 5395 şagird iştirak etmişdir. Ən yüksək bal toplamış şagirdlər 2024-cü ilin aprel ayında final mərhələsində qaliblər “İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi” tərəfindən qiymətli hədiyyərlə təltif edilmişdilər. 

Müsabiqə haqqında daha ətraflı məlumat və qeydiyyatdan keçmək üçün http://bebras.az veb-saytından yararlana bilərlər

1 /3

Şərhlər

Xəbər lenti

30 iyun, 17:35

MİQ imtahanının şərtləri açıqlanıb

30 iyun, 17:03

AzTU-da “TəhsilPlus” kartı ilə bağlı görüş keçirilib

30 iyun, 16:25

İyul ayına olan hava proqnozu açıqlanıb

30 iyun, 16:19

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində İTİ-də görüş keçirilib

30 iyun, 16:19

Peşə təhsili müəssisələrində “Məzun günü” tədbirləri keçirilib

30 iyun, 16:15

“Ən böyük arzum özümü inkişaf etdirməkdir” – Məzunların uğurları

30 iyun, 16:10

Kembric Universiteti azərbaycanlı tələbəni mükafatlandırdı

30 iyun, 15:58

Türk Dövlətləri üçün Tədqiqat Fondu yaradıla bilər 

30 iyun, 15:41

Azərbaycan dili imtahanının doğru cavab etalonları açıqlanıb

30 iyun, 15:41

“Müasir metodist” müsabiqəsinə qeydiyyat başa çatır

30 iyun, 14:53

AzMİU tələbələri Dünya Robot Çempionatının Azərbaycan finalında uğur qazanıblar

30 iyun, 14:40

“Nə? Harada? Nə zaman?” oyununun finalı keçirilib

30 iyun, 14:39

“Nəticəm gözlədiyimdən də yaxşı oldu” – Müəllimlər sertifikasiyadan danışır

30 iyun, 13:13

Sabahın hava proqnozu açıqlanıb

30 iyun, 12:55

Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

30 iyun, 12:45

“Biz müəllimlərin və valideynlərin düşüncə tərzini dəyişdirməliyik” – Andreas Şleyxer

30 iyun, 12:28

67 yaşlı Əməkdar müəllim sertifikatlaşdırmada yüksək nəticə göstərdi

30 iyun, 12:15

Cəzaçəkmə müəssisələrindəki peşə məktəblərini bitirənlərin sayı açıqlanıb  

30 iyun, 12:15

Sertifikatlaşdırma gələcək fəaliyyətim üçün stimuldur – Maksimal bal toplayan müəllim

30 iyun, 12:00

SXM-lərdə 260 uşağa aktiv xidmətlər göstərilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.