Bütün xəbərlər
26 noyabr, 17:11

Gəncə şəhərinin N. Rəfibəyli adına 43 nömrəli tam orta məktəbi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirdiyi müsabiqədə  “Ən yaxşı yaşıl sinif" nominasiyası üzrə birinci yerə layiq görülüb.

“Azərbaycan müəllimi” regionun ən yaxşı “yaşıl" sinfindən reportaj hazırlayıb.

Sinfin qurucusu, biologiya müəllimi Mehriban Hüseynlinin sözlərinə görə, əsas məqsədi dərsləri əyani nümunələrlə keçmək, şagirdlərin biologiya fənninə marağını artırmaq, onlar arasından gələcəyin həkimlərinin, bioloqlarının yetişdirilməsinə nail olmaqdır. 

Mehriban müəllim uzun illərdir şagirdlərin ixtiyarında olan bu sinfin hər il zənginləşdirildiyini, “yaşıl dünya” naminə bir çox işlər həyata keçirdiklərini deyir: “Ekoloji mühitin yaxşılaşdırılmasını, təmiz ətraf mühitdə yaşamağın sağlamlığa müsbət təsir etdiyini, onun faydasını əyani yollarla təbliğ edirik. Eyni zamanda, şagirdlər “yaşıl dünya” ilə əlaqədar təqdimatlar hazırlayır, onlar arasında rəsm müsabiqələri keçirir, açıq dərslər, maarifləndirici seminarlar, ekoloji ekskursiyalar təşkil edirik”.

Şagirdlərinin bilik və bacarıqlarını inkişaf etdirməyə çalışan biologiya müəllimi onların da “yaşıl" sinfə töhfə verdiklərini bildirir. O deyir ki, sinifdəki bir çox nümunələr - herbarilər, tablolar, dərman bitkiləri və s. şagirdlərin əməyinin nəticəsidir.

1 /6

Şərhlər

Xəbər lenti

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

18 sentyabr, 10:03

Məktəblərdə narkotik və psixotrop maddələr əleyhinə seminarlar keçiriləcək

18 sentyabr, 09:57

AzMİU-da xaricdə yaşayan elm adamları ilə görüş keçirilib

18 sentyabr, 09:44

Bülbül, Qara Qarayev, Niyazi müəllimliyi necə görürdü? – Qəzetin arxivindən

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.