Bütün xəbərlər
28 noyabr, 12:54

Bakının Sabunçu rayonunda yerləşən 310 nömrəli körpələr evi-uşaq bağçasında istiliyin verilməsinə problem var. Bu məsələ ilə bağlı “Azərbaycan müəllimi”nə müraciət edən valideyn bildirib ki, bağçada belə vəziyyət uzun müddətdir davam edir. 

Problemi araşdırmaq üçün körpələr evi-uşaq bağçasının direktoru Rufanə Hüseynzadə ilə əlaqə saxlamaq istəsək də, o, "Mən bu suala cavab verə bilmərəm” deyərək məsələyə aydınlıq gətirməkdən imtina edib. 

Bakı şəhər üzrə Təhsil İdarəsi bağçada hazırda belə bir problemin olduğunu təsdiqləyib. İdarədən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, 310 nömrəli körpələr evi-uşaq bağçasını istiliklə təmin edən qazanxananın qaz sayğacı dövlət yoxlamasından keçirilmək üçün müvafiq mütəxəssislər tərəfindən çıxarılıb: “Hazırda istilik təminatı müvəqqəti olaraq elektrik qızdırıcıları vasitəsilə həyata keçiirlir. Məsələnin qısa zamanda həlli məqsədilə zəruri tədbirlər görülür”.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev faktı təsdiqləyərək bildirib ki, təhsil müəssisələrindəki sayğaclar bu ilin may ayından çıxarılıb: “Sayğacların yararlı və ya yararsız olması barədə müəssisələrə məlumat verilib. Həmin müəssisələr yeni sayğacla təmin olunma üçün  Elm və Təhsil Nazirliyinə müraciət etməli idi. Bildiyimizə görə, podratçı təşkilat bununla məşğuldur”.

E.Vəliyev əlavə edib ki, “Azəriqaza”a müvafiq sənədlərlə müraciət edənlərin sayğacla təmini üçün artıq işlərə başlanılıb: “Müraciət edənlər üçün sayğac ayıraraq ünvanlarda quraşdırmışıq. Digərlərinin hər hansı sənədi yoxdur”.

Elm və Təhsil Nazirliyi ilə “Azəriqaz” İB-nin rəhbərliyi arasında danışıqların aparıldığını vurğulayan E.Vəliyev yeni sayğac üçün müraciət edənlərin qaz təminatının metodik hesabatla bərpa olunmasına dair tapşırığın verildiyini söyləyib. Onun sözlərinə görə, ümumilikdə 50 təhsil müəssisəsi ilə protokol bağlanılıb və onların qaz təminatı bərpa olunub: “Müəssisələrin böyük əksəriyyəti ilə müvafiq sənədlər imzalanıb. 50 müəssisə tərəfimizdən nəzarətə götürülüb və işlərin 90 faizi artıq icra olunub. Bəzi məktəb və bağçalar isə bununla bağlı hələ müraciət etməyib. Onların müraciəti olmalıdır ki, hesabatın forması müəyyənləşdirilsin, çünki ödənişi Bakı şəhəri üzrə Təhsil İdarəsi ayırmalıdır”.

Xatırladaq ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi 2 gün əvvəl yaydığı məlumatda gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlərlə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradıldığını açıqlayıb: "Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır. Ölkə ərazisində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrinin mərkəzləşdirilmiş qaydada və müxtəlif vasitələrlə (odun, dizel, elektrik radiatoru) istilik mövsümünə hazır vəziyyətə gətirilməsi prosesi təmin olunur”.

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.