Bütün xəbərlər
28 noyabr, 19:22

Azərbaycan Texniki Universitetində (AzTU)  “İqlim dəyişikliklərinin təbii və texnoloji risklərinin minimumlaşdırılmasında innovasiyalar: metodologiya və tərübə” adlı 6-cı Avrasiya konfransı keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, konfransda Nobel sülh mükafatı laureatları professor Sviatoslav Timashev və professor Elena Nikitina, eləcə də dünyanın müxtəlif ölkələrindən 100-ə yaxın alim iştirak edib.

Açılış mərasimində çıxış edən AzTU-nun rektoru professor Vilayət Vəliyev COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti, bu çərçivədə keçirilən tətbirlərdə müzakirə olunan məsələlərin önəmindən danışıb. Rektor BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə olaraq AzTU-nun “Dayanıqlı universitet” kontekstində yeni layihənin icrasına başlayacağını bildirib.

Qeyd edib ki, bərpa olunan enerji sahəsində həyata keçiriləcək layihə AzTU-nun bir hektar ərazidə Yaşıl Texnologiya Parkının yaşıl enerji ilə təmin olunmasını nəzərdə tutur. Parkın ərzasizindəki tikililərin damında ümumi gücü 1,5 meqavat olan günəş panelləri quraşdırılacaq. Panellər elektrik enerjisi istehsal etməklə yanaşı, təbii işıqlandırmaya imkan verən pəncərə rolunu da oyanacaq. Layihənin həyata keçməsi ilə AzTU kampusunun ehtiyaclarını yaşıl enerji ilə təmin etməklə yanaşı, ətrafdakı obyektləri da enerji ilə təchiz edəcək.

Daha sonra çıxış edən Nobel sülh mükafatı laureatları professor Sviatoslav Timashev və professor Elena Nikitina, İstanbul Texniki Universitetinin professoru Ahmet Duran Şahin, konfransın sədri, konfransın əsas təşkilatçısı və sponsoru olan “AMIR Technical Services” beynəlxalq şirkətinin direktoru professor Vüqar Əliyev burada müzakirə olunacaq məsələlərin iqlim dəyişiklikləri ilə bağlı risklərin aradan qaldırılmasına töhfə verəcəyinə ümid etdiklərini bildiriblər.

Sonda konfransın ABŞ-dən olan həmsədri, Ketterinq Universitetinin professoru Boyan Dmitrovun videomüraciəti yayımlanıb.

1 /6

Xəbər lenti

18 yanvar, 15:30

Təhsil İnstitutu “Müasir metodist” müsabiqəsi elan edir

18 yanvar, 15:24

İmişlidə ağır qəza: iki məktəbli həyatını itirib

18 yanvar, 11:50

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi yekunlaşıb

18 yanvar, 11:47

Yeni təyin olunmuş direktor müavinləri kollektivə təqdim olunub

18 yanvar, 11:01

AzTU-nun Məzun Assosiasiyasının təsis yığıncağı keçirilib

18 yanvar, 10:50

Məktəblilərimiz beynəlxalq olimpiadada 8 medal qazandılar

18 yanvar, 10:20

“İnsan ömürboyu öyrənməlidir” - MƏKTƏBDƏ

18 yanvar, 10:09

Yazıçı Aqşin Yenisey gimnaziyanın qonağı olub

18 yanvar, 09:36

İdmançıların mükafatlandırma mərasimi keçirilib

17 yanvar, 19:23

Bu il əlavə olaraq 500-dən çox metodist işə cəlb olunacaq

17 yanvar, 19:10

Agentlik: Regionlarda metodistlər işdən çıxarılmır, metodiki xidmət yenilənir

17 yanvar, 17:54

ETN yanında İctima Şuranın üzvləri məktəb direktorları ilə görüşüblər – FOTOLAR

17 yanvar, 17:35

Millət vəkilindən məktəblərdə telefon qadağası ilə bağlı AÇIQLAMA

17 yanvar, 17:35

Şirvan-Salyan bölgəsinin 16 şagirdi olimpiadada 2 fənn üzrə uğur qazanıb

17 yanvar, 17:23

Şagirdlər etiraf edirlər ki, telefon olmayanda dərsi daha yaxşı başa düşürlər – Ekspert 

17 yanvar, 17:14

 Xarici dil fənn kurikulumunun müzakirəsi keçirilib

17 yanvar, 17:10

Qlobal istiləşmə 30 milyon insanın həyatına son qoyacaq

17 yanvar, 17:07

Robotlar insan astronavtları əvəz edə bilərmi?  

17 yanvar, 16:54

ADPU-da 20 Yanvar şəhidləri anılıb

17 yanvar, 16:54

Olimpiadanın yarımfinalında - “Özüm hazırlaşmışam” 

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.