Bütün xəbərlər
2 dekabr, 12:33

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq" mövzusunda keçirilən konfransda "Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinqin aşkarlanması üzrə analitik hesabat" təqdim olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, hesabat çərçivəsində Bakı Şəhər Təhsil İdarəsinin nəzdindəki 12 rayonda yerləşən məktəbdə sorğu aparılıb.

Sorğuda 13-17 yaş aralığında olan 2351 uşaq iştirak edib. Bu iştirakçılar Bakıda təhsil alan 210 min 104 məktəblinin arasından təsadüfi seçim yolu ilə müəyyənləşdirilib.

Sorğunun nəticələrinə görə, bullinqə məruz qalma halları siniflər arasında statistik olaraq əhəmiyyətli fərq göstərməsə də, bəzi siniflərdə fərqlər müşahidə edilib. Məsələn, 7-ci və 8-ci siniflərdə bullinq hallarının 9-cu siniflərə nisbətən daha çox olduğu müəyyən olunub. Eyni zamanda 11-ci siniflərdə bullinq hallarının 10-cu siniflərdən daha çox olduğu diqqət çəkib. Bu siniflərdə əsasən verbal və kiber bullinq halları üstünlük təşkil edib.

Tədqiqat göstərib ki, uşaqların müşahidələrinə əsasən bullinqin ən çox baş verdiyi məkan küçələrdir. Sorğuda iştirak edən uşaqların 28%-i bullinqin küçədə, 16,5%-i isə məktəbdə baş verdiyini bildirib. Bununla yanaşı, 6,2% uşaq bullinqin daha çox evdə yaşandığını, 17,9%-i isə bullinq hallarının virtual mühitdə, internetdə baş verdiyini qeyd edib.

Tədqiqatda həmçinin uşaqların ailə vəziyyətləri, davamiyyətləri, akademik göstəriciləri, idman və incəsənət fəaliyyətlərinə qoşulmaları ilə bullinqə məruz qalma və bullinq törətmə arasındakı əlaqələr də təhlil edilib.

Xəbər lenti

18 yanvar, 15:30

Təhsil İnstitutu “Müasir metodist” müsabiqəsi elan edir

18 yanvar, 15:24

İmişlidə ağır qəza: iki məktəbli həyatını itirib

18 yanvar, 11:50

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi yekunlaşıb

18 yanvar, 11:47

Yeni təyin olunmuş direktor müavinləri kollektivə təqdim olunub

18 yanvar, 11:01

AzTU-nun Məzun Assosiasiyasının təsis yığıncağı keçirilib

18 yanvar, 10:50

Məktəblilərimiz beynəlxalq olimpiadada 8 medal qazandılar

18 yanvar, 10:20

“İnsan ömürboyu öyrənməlidir” - MƏKTƏBDƏ

18 yanvar, 10:09

Yazıçı Aqşin Yenisey gimnaziyanın qonağı olub

18 yanvar, 09:36

İdmançıların mükafatlandırma mərasimi keçirilib

17 yanvar, 19:23

Bu il əlavə olaraq 500-dən çox metodist işə cəlb olunacaq

17 yanvar, 19:10

Agentlik: Regionlarda metodistlər işdən çıxarılmır, metodiki xidmət yenilənir

17 yanvar, 17:54

ETN yanında İctima Şuranın üzvləri məktəb direktorları ilə görüşüblər – FOTOLAR

17 yanvar, 17:35

Millət vəkilindən məktəblərdə telefon qadağası ilə bağlı AÇIQLAMA

17 yanvar, 17:35

Şirvan-Salyan bölgəsinin 16 şagirdi olimpiadada 2 fənn üzrə uğur qazanıb

17 yanvar, 17:23

Şagirdlər etiraf edirlər ki, telefon olmayanda dərsi daha yaxşı başa düşürlər – Ekspert 

17 yanvar, 17:14

 Xarici dil fənn kurikulumunun müzakirəsi keçirilib

17 yanvar, 17:10

Qlobal istiləşmə 30 milyon insanın həyatına son qoyacaq

17 yanvar, 17:07

Robotlar insan astronavtları əvəz edə bilərmi?  

17 yanvar, 16:54

ADPU-da 20 Yanvar şəhidləri anılıb

17 yanvar, 16:54

Olimpiadanın yarımfinalında - “Özüm hazırlaşmışam” 

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.