Bütün xəbərlər
3 dekabr, 10:48

Noyabrın 27-də Azərbaycan Texniki Universitetində (AzTU) COP29 çərçivəsində RİSK 2024 “İqlim dəyişikliklərinin təbii və texnoloji risklərinin minimumlaşdırılmasında innovasiyalar: metodologiya və təcrübə” adlı 6-cı Avrasiya konfransı başlayıb. Konfransda Nobel sülh mükafatı laureatları professor Sviatoslav Timashev və professor Elena Nikitina, eləcə də dünyanın müxtəlif ölkələrindən 100-ə yaxın alim iştirak edib.

Açılış mərasimində çıxış edən AzTU-nun rektoru professor Vilayət Vəliyev COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti, bu çərçivədə keçirilən tətbirlərdə müzakirə olunan məsələlərin önəmindən danışıb. Rektor BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə olaraq AzTU-nun “Dayanıqlı Universitet” kontekstində yeni layihənin icrasına başlanacağını bildirib.

Qeyd edib ki, bərpa olunan enerji sahəsində həyata keçiriləcək layihə AzTU-nun bir hektar ərazidə yaradacağı Yaşıl Texnologiya Parkının yaşıl enerji ilə təmin olunmasına aiddir. Sözügedən Parkın ərazisindəki tikililərin damında ümumi gücü 1,5 meqavat olan günəş panelləri quraşdırılacaq. Panellər elektrik enerjisi istehsal etməklə yanaşı, təbii işıqlandırmaya imkan verən pəncərə rolunu da oyanacaq. Layihənin həyata keçməsi ilə AzTU avtonom olaraq öz kampusunun ehtiyaclarını yaşıl enerji ilə təmin etməklə yanaşı, ətrafdakı obyektləri da enerji ilə təchiz edəcək.

Daha sonra çıxış edən Nobel sülh mükafatı laureatları professor Sviatoslav Timashev və professor Elena Nikitina, İstanbul Texniki Universitetinin professoru Ahmet Duran Şahin  konfransın əsas təşkilatçısı və sədri sponsoru olan “AMIR Technical Services” beynəlxalq şirkətinin direktoru professor Vüqar Əliyev burada müzakirə olunacaq məsələlərin iqlim dəyişiklikləri ilə bağlı risklərin aradan qaldırılmasına töhfə verəcəyinə ümid etdiklərini bildiriblər. Tədbirdə konfransın ABŞ-dən olan həmsədri, Ketterinq Universitetinin professoru Boyan Dmitrovun videomüraciəti yayımlanıb.

Tədbirdə iştirak edən Nobel mükafatı laureatları Sviatoslav Timoşeyev və Yelena Nikitina “Azərbaycan müəllimi” ilə söhbətdə konfrasla bağlı fikirlərini bölüşüblər.

“COP29 çərçivəsində bütün fəaliyyətlər çox heyranedici şəkildə təşkil olunmuşdu”

Yelena Nikitina

Nobel mükafatı laureatı

- Bugünkü tədbir barədə təəssüratların çox zəngindir. Ən böyük təəssüratım  konfransın olduqca çox vacib bir vaxtda təşkil olunması ilə bağlıdır. Bu, ilk növbədə, iqlim dəyişikliklərinin yaratdığı problemlərin  xüsusilə aktuallıq kəsb etməsi ilə bağlıdır. Azərbaycanın COP29-a Sədrliyi bir daha onu göstərdi ki, artıq hərəkətə keçməyin vaxtıdır. Artıq diaqnoz qoyulub: İqlim dəyişiklikləri həm təbiətə, həm də insanlara təsir göstərir. Onların bir çox təsirləri isə həm insanlar, həm də iqtisadiyyatın müxtəlif sahələri üçün  dağıdıcıdır.  Buna görə də artıq mövcud iqlim problemlərinin həlli üzərində çalışmaq vacibdir. Bu isə ən mürəkkəb məsələdir. AzTU rəhbərliyi tədbirə müxtəlif sahələrin mütəxəssislərini toplayıb. Burada elm, təcrübə sahələrinin mütəxəssisləri cəmləşib. Tədbir disiplinar xarakter daşıyır. Bu isə problemin həlli üçün ən vacib başlanğıcdır. Təkcə ölkələrin, xalqların deyil, həm də elmin, eləcə də bu sahədə çalışan ekspertlərin səylərini birləşdirmək lazımdır. Burada həm praktiklər, həm texnoloqlar iqlim dəyişikliklərinin yaratdığı problemlərin həllinə qarşı cavab həllərinin hazırlanması üzrə mütəxəssislər toplaşıb. Onların elmi-tədqiqatları və təcrübələri göstərir ki, bütün biliklərin problemin  həllinə yönəldilməsi çox əhəmiyyətlidir. Mən hesab edirəm ki, bu, sadəcə kiçik deyil, irəliyə doğru böyük addımdır. 

Problemin qoyuluşunun vacibliyindən əlavə, mühüm məqam ondan ibarətdir ki, tədbir COP29 Tərəflər Konfransının himayəsi altında keçir. Azərbaycan növbəti il ərzində Paris razılaşması çərçivəsində beynəlxalq iqlim rejimində bu prosesə sədrlik edəcək. Bu da çox vacibdir ki, bugünkü müzakirələrin nəticələri  beynəlxalq prosesə töhfədir. COP29  çərçivəsində bütün fəaliyyətlər, işlər çox heyranedici şəkildə təşkil olunmuşdu. 

COP29-da çox əhəmiyyətli, Qlobal Şimal və Cənub arasında qarşılıqlı səylərin səfərbər olunması barədə qərar qəbul olunub. Bu qərarlar xüsusən də iqlim böhranının daha çox kəskin forma aldığı regionlar üçün xüsusi əhəmiyyət daşıyır. 

İqlim dəyişikliklərinə təhsilin cavab reaksiyasına dair sualınıza gəlincə, deməliyəm ki, əlbəttə ki, təhsilalanlarda iqlim dəyişikliklərinin təsirlərinin qiymətləndirilməsi üzrə maarifləndirmə aparılmalıdır. Bunun da nəticəsində bütün təhsil sistemlərinin  iqlim dəyişikliklərinin müasir prosesləri və onların nəticələrinə adekvat cavabı olmalıdır. Təhsil sahəsində texnologiyalar  da universitetlərdə hazırlanır. Bu isə universitetlərdə müvafiq ixtisaslaşmanın aparılmasını nəzərdə tutur. Xüsusən də disiplinlərarası sahədə iqlim dəyişiklikləri üzrə böyük verilənlərdən istifadə mühümdür. Yalnız onların əsasında iqlim dəyişiklikləri ilə bağlı səmərəli nəticələrə gətirib çıxara biləcək proqnozlar vermək olar.  Eyni zamanda gələcəkdə baş verə biləcək fövqəladə təbiət dəyişikliklərinin qarşısını almaq olar. 

Buna görə də məktəblərdə bu sahədə xüsusi kursların tətbiq edilməsi çox vacibdir. Treyninqlər, təcrübi əhəmiyyət daşıyan tədbirlər təşkil olunmalıdır. Bu problemi necə həll etmək, dəyişikliklərlə bağlı risklərin qarşısını necə almaq və ya azaltmaq əsas vəzifələrdir. Biz onsuz da risklərlə yaşamalı olacağıq. Onları ya azaltmalı, ya da qarşısını almalıyıq. 

Məktəblərdə şagirdlərə təbiətin gözəlliklərindən danışmaq azdır...

Sivayotaslav  Timoşeyev

- Bugünkü tədbir COP müstəvisində təşkil olunub. Ancaq biz COP29-da irəli sürülən təklifləri, ideyaları təkrar etmirik. Biz bir daha konkret, siyasi müstəvidə deyil, elmi-texniki, elmi-texnoloji müstəvidə həllər təklif edirik. Biz bu hədəfə yaxınıq ki, bu problemi necə həll edək. Mən bugünkü tədbirdən ruhlanaraq bu konfransın dünya hərəkatına çevrilməsi barədə düşünürəm. Ola bilsin ki, bunu gənclərin elmi hərəkatı kimi etmək olar. Çünki bu problemlər bizim hamımıza  aiddir, dünyanın bütün sakinlərinə təsir edir. Buna görə də hər bir insan dəqiq başa düşməlidir ki, onu nələr gözləyir.  Biz davamlı inkişafı bir insan üçün,  bir hegemon ölkə üçün deyil, dünya sakinləri üçün etməliyik ki, bütün insanlar yaxşı yaşasın. Bundan ötrü çalışmaq lazımdır. Necə işləməli, nə etmək lazımdır? Düşünürəm ki, biz bunu deyə bilərik. Biz hamını əməkdaşlığa çağırırıq ki, gəlin, problemi birlikdə həll edək, inkişafı irəliyə aparaq. 

Bu yolda 5 hədəf var. Birincisi, əsas  maarifləndirmədir. İkincisi, biz bütün məlumatları toplamalıyıq. Çünki çoxları heç nə etmir. Bəziləri deyir ki, biz bununla məşğul olmayacağıq. Digərləri deyir ki, biz məşğul oluruq, ancaq çox bahalıdır. Bəziləri deyir ki, biz bunu edə bilmirik. Üçüncü, biz prosesə texnologiyalarla kömək etməliyik.

Heydər Əliyev Fondu bu sahədə böyük işlər görüb. 

Dördüncüsü, xüsusi elmi-tədqiqatların aparılması ilə bağlıdır. Şübhəsiz ki, bir sıra iri şirkətlər də bizə bu sahədə tədqiqatların aparılmasında lazımi dəstək göstərə bilərlər. 

Mən COP29-da qəbul olunmuş qararı böyük uğur adlandırıram. Azərbaycana dünyanın hər yerindən bu qədər insanın gəlməsi, bu cür əhəmiyyətli qərarın qəbul edilməsi Azərbaycana  bütün dünyada yüksək etimadın göstəricisidir. Bu o deməkdir ki, ölkə bütün dünyada nüfuz qazanıb. 

Qərarda iqlim böhranının  həlli üçün 300 milyard dolların ayrılması Bakı Sədrliyinin ən böyük uğurudur. Bundan əvvəlki konfranslarda belə bir qərarın qəbulu  mümkün olmamışdı. 

Onu da qeyd edim ki, məktəblərdə təkcə şagirdlərə təbiətin gözəlliklərindən danışmaq azdır, həm də təbiəti qorumağın vacibliyi aşılanmalıdır. Təbiəti çirkləndirmənin neqativ təsirləri izah olunmalı, bu sahədə ciddi maarifləndirmə aparılmalıdır. Böyük problemlərin həllinə aşağı yaşlardan başlamaq lazımdır. Əlbəttə ki, tədris proqramlarında da yeniliklər edilməlidir.

Şərhlər

Xəbər lenti

9 iyul, 10:05

UNEC xaric etdiyi tələbələri geri çağırır

9 iyul, 09:54

Yeni təhsil modeli əsasında fəaliyyətə başlayacaq məktəbə müəllim axtarılır

9 iyul, 09:51

Koreyanın iş adamı SDU-da innovasiyalar mövzusuna dair çıxış edib

9 iyul, 09:39

AzMİU-da 880 imtahan işinə apellyasiya qaydasında yenidən baxılıb

9 iyul, 09:37

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti iclası baş tutub

9 iyul, 09:34

BMU-nun müəllim və tələbə heyətinin Çinə səfəri başlayıb

8 iyul, 18:01

Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlanıb

8 iyul, 16:45

Qarabağ Universiteti tibbi kadr hazırlığına başlayır – Plan yerləri müəyyənləşdi

8 iyul, 16:35

MDU "Azəralüminium"la əməkdaşlığa başlayır

8 iyul, 15:58

“Sualları rahatlıqla cavablandırdım” MİQ imtahanında maksimum bal toplayan müəllim

8 iyul, 15:55

ARTİ-nin şöbə müdiri: MİQ-in elektron keçirilməsi qiymətləndirmədə insan amilini minimuma endirir

8 iyul, 14:58

“Müasir metodist” layihəsinin növbəti mərhələsi üzrə təlimlər yekunlaşıb

8 iyul, 14:58

Qabiliyyət imtahanları davam edir

8 iyul, 14:37

İngilis dili müəllimlərinin MİQ sınağı: “Bir az da çalışıb pik həddə çatacağam”

8 iyul, 14:08

Həmkarlar İttifaqının yollayışını necə almaq olar? – AÇIQLAMA

8 iyul, 13:52

Peşə mərkəzində “Azərsilah"ın əməkdaşları üçün ixtisasartırma təlimlərinə start verilib

8 iyul, 13:47

Cazla böyüyən yeniyetmə: Musiqi təhsil yolumu daha da zənginləşdirir

8 iyul, 13:33

NDU-da üç yeni informasiya sistemi yaradılıb

8 iyul, 13:31

9 və 11-ci sinfi fərqlənmə attestası ilə bitirənlərin sayı açıqlanıb

8 iyul, 13:04

O bir ildırım idi, tariximizin üfüqündə çaxdı, parladı, keçdi – “Qara qızıl”ın mahir zərgəri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.