Bütün xəbərlər
4 dekabr, 12:45

“2026-cı ilin sentyabr-oktyabr aylarına qədər ölkə üzrə məktəbəqədər təhsildə əlavə 100 min yer açılacaq”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda çıxışı zamanı deyib. 

O bildirib ki, əgər pilot layihələr uğurlu olarsa, həmin yerlərin sayını artırmaq daha asan olacaq. Çünki artıq müəyyən bir model var və bu model sınaqdan keçib uğurlu nəticə göstərdikdə onun genişləndirilməsi daha rahat başa gələcək:

‘Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə yeni inşa edilən məktəbəqədər təhsil müəssisələri də bu rəqəmlərin artmasına töhfə verəcək”.

Nazirin sözlərinə görə, məktəbəqədər təhsildə keyfiyyət baxımından ən vacib məsələ sahə üzrə mütəxəssislərin hazırlanmasıdır:

“İlk dəfə olaraq biz məktəbəqədər təhsil mütəxəssislərinin diaqnostikasını həyata keçirmişik. Təhsil sahəsində bu cür yanaşmalar əvvəllər də tətbiq edilib. 2014-2015-ci illərdən başlayaraq, təhsildə diaqnostika və sertifikasiya prosesləri həyata keçirilib. Oxşar yanaşma məktəbəqədər təhsil sahəsinə də tətbiq olunacaq. Artıq diaqnostika prosesini tamamlamışıq. Hazırda mövcud məlumatlar əsasında mütəxəssislər üçün təlim modelləri hazırlayırıq ki, onlara müvafiq təlimlər keçək. Yaxın 1-2 ildə, yəni 2026-cı ilə qədər məktəbəqədər təhsil sahəsində sertifikasiya prosesinin tətbiqinə başlanılması planlaşdırılır”. 

Emin Əmrullayev xatırladıb ki, bu prosesin əməkhaqqı sisteminə də müəyyən təsir göstərəcəyi gözlənilir: “Hazırda bununla bağlı konkret qaydalar olmasa da, gələcəkdə oxşar məntiqin məktəbəqədər təhsildə də tətbiq ediləcəyini düşünürük”.

Şərhlər

Xəbər lenti

15 oktyabr, 17:52

Dövlət bağçasına gedən uşaqlar dövlət hesabına özəl bağçada təhsil ala bilərmi?

15 oktyabr, 17:39

Vüsalə Əliyeva: Valideynlər bağçalarla bağlı qayda pozuntusu müşahidə edirlərsə, müraciət etsinlər

15 oktyabr, 17:35

Dövlət-özəl maliyyələşmə modeli ilə bağçalara qəbul üçün tarix açıqlanıb

15 oktyabr, 17:30

Bəzi bağçalar qrant müsabiqəsində iştirak edə bilmək üçün təhsil haqlarını endiriblər 

15 oktyabr, 17:27

Sabahdan hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

15 oktyabr, 17:24

Bu il 5000-dən artıq uşaq qrant hesabına məktəbəqədər təhsilə cəlb ediləcək

15 oktyabr, 17:04

BSU-da maarifləndirici təlim keçirilib

15 oktyabr, 17:03

DİM: İmtahan proqramları yalnız dərsliklər əsasında hazırlanır

15 oktyabr, 16:41

ADNSU Dayanıqlı İnkişaf Məqsədləri Razılaşmasına qoşulub

15 oktyabr, 16:18

“Məktəblilər arasında respublika çempionatı”nın atletika mərhələsi davam edir

15 oktyabr, 16:15

“Parla” proqramından 27 qız məzun olub

15 oktyabr, 16:00

Nüfuzlu jurnallarda məqalə dərc etmək daha asan oldu: Yeni platforma nə vəd edir?

15 oktyabr, 16:00

LDU-nun baytarlıq klinikasının tikintisi yekunlaşır

15 oktyabr, 15:45

NDU-da Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi açılıb

15 oktyabr, 15:42

Azərbaycan ilə Braziliya arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib

15 oktyabr, 15:31

BMU Malayziya universiteti ilə əməkdaşlığa başlayır

15 oktyabr, 15:17

UNEC-də narkomaniya ilə bağlı maarifləndirici görüş keçirilib

15 oktyabr, 14:25

İbtidai siniflər: Uşaqlar üçün ideal öyrənmə mühiti necə olmalıdır?

15 oktyabr, 14:12

Fənnini yaxşı bilən müəllimin ünsiyyət bacarığı yoxdursa, tədrisdə boşluqlar yaranır - Təcrübəli pedaqoq 

15 oktyabr, 13:52

AzMİU-da “Ağıllı şəhər texnologiyaları” adlı təlim keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.