Bütün xəbərlər
4 dekabr, 13:59

“Müəllim” nəşriyyatı tərəfindən Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru Vaqif Mahmudov, Əməkdar müəllim Qalib Bəşirov, Sevinc Məmmədəliyeva, Xəqani Vahabov və Həsən Mahmudovun müəllifliyi ilə “Praktik riyaziyyat” adlı səkkiz bölmədən ibarət müəllim, tələbə və şagirdlər üçün nəzərdə tutulmuş 368 səhifəlik yeni metodik vəsait nəşr olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, vəsaitdə istehsalat və məişət məzmunlu tarixi, əyləncəli və situasiya məsələləri, onların həlləri və cavabları, o cümlədən orta məktəbin bütün sinifləri üzrə riyaziyyat kursunda tətbiq olunan bir sıra maraqlı məlumatlar, kombinatorika elementləri, müxtəlif həndəsi qurmalar, say sistemləri, həmçinin hesablama riyaziyyatı, proqramlaşdırma dilləri və tam orta məktəblərin informatika kursunda tədris olunan Python proqramlaşdırma dili haqqında da dəyərli məlumat verilib. Vəsaitin son bölməsində maraqlı və məntiqi testlər, onların cavabları yerləşdirilib.

Şagirdlərin riyazi biliyinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə, hər şeydən əvvəl, fənnin tədrisi yollarını müəyyənləşdirmək və mövzudan asılı olaraq rəngarəng vasitələrdən istifadə etmək lazım gəlir. Məktəbdə şagirdlərin riyazi qabiliyyətlərinin inkişafında digər pedaqoji tədbirlərlə yanaşı, riyaziyyat dərnəkləri də mühüm rol oynayır.

Bu məqsədlə kitabdan riyaziyyat dərnəklərinin işinin daha da yaxşılaşdırılması məqsədi üçün də istifadə edilə bilər.

Metodik vəsait ibtidai sinif, riyaziyyat və informatika müəllimlərinə, riyaziyyata xüsusi həvəs göstərən şagirdlərə, həmçinin müstəqil məsələ həll etmək bacarığına yiyələnmək istəyənlərə köməklik məqsədi ilə hazırlanıb. Kitabdan tam orta, pedaqoji, digər ali və orta ixtisas məktəblərinin, liseylərin, gimnaziyaların, kolleclərin, universitetlərin şagird, tələbə və müəllimləri də istifadə edə bilər.

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.