Bütün xəbərlər
4 dekabr, 16:50

Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində “Gənc mühasiblər klubu”nun təşkilatçılığı ilə mühasibatlıq mövzusunda “Nəzəriyyədən praktikaya”  adlı təlim keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, klubun sədri Şəmistan Nəsibov tədbirin iqtisadiyyat üzrə təhsil alan tələbələrin biliklərinin artırılmasında əhəmiyyətini qeyd edib, mühasibatlıq sahəsində tanınmış mütəxəssislərin nəzəri və təcrübi fikirlərinin faydalı olduğunu vurğulayıb.

Sonra mühasibatlıq sahəsi üzrə mütəxəssis Babək Vəliyev tələbələrə mühasibat uçotu, onun iqtisadiyyatda rolu ilə bağlı təlim keçib. Mühasibat uçotunun əsasları, habelə müxtəlif sahibkarlıq subyektlərində uçotun aparılması qaydalarından danışan təlimçi öz iş təcrübəsini bölüşüb.

Təlim zamanı mühasibatlığın qanunvericilik bazasından, beynəlxalq standartlar üzrə inkişafından da bəhs edilib, həmçinin iqtisadiyyatla onun qarşılıqlı əlaqəsi, eləcə də mühasiblə baş mühasibin işi arasındakı fərqlər izah olunub, habelə maliyyə hesabatlılığının müxtəlif prinsiplərinə toxunulub.

Sonda tələbələrin sualları cavablandırılıb.

1 /2

Şərhlər

Xəbər lenti

15 iyul, 17:28

Beş il əvvəl parta arxasında, bu gün isə lövhə qarşısında – Gənc müəllimlər

15 iyul, 16:32

DİM sədri: Liseylərin qəbul nəticələri respublika göstərisindən xeyli yüksəkdir

15 iyul, 16:08

“Süni intellektin imkanlarından müntəzəm istifadə edirdim” – Region birincisi olan müəllim

15 iyul, 15:57

Ötənilki buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilib

15 iyul, 15:21

Universitetlər təhsil haqlarını artırıbmı? – SORĞU

15 iyul, 15:13

“Texnologiyaların transferi” proqramının nəticələri elan olunub

15 iyul, 14:53

Sabahın hava proqnozu açıqlanıb

15 iyul, 14:42

Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer alıb

15 iyul, 14:06

Buraxılış imtahanında zəif nəticə göstərənlərin faizi əhəmiyyətli dərəcədə azalıb – Məleykə Abbaszadə

15 iyul, 13:40

Beynəlxalq olimpiadaya qatılacaq komanda üzvləri laboratoriya hazırlıq dərslərinə cəlb ediliblər

15 iyul, 12:55

Musiqi, incəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb

15 iyul, 12:55

Məleykə Abbaszadə: T-test şkalasının imtahanlarda istifadəsi müzakirə olunur

15 iyul, 12:50

Bakıda uşaq bağçasında kiçik həcmli yanğın olub 

15 iyul, 12:43

Magistraturaya qəbul imtahanında “speaking” mərhələsi tətbiq ediləcək - DİM sədri

15 iyul, 11:46

Buraxılış imtahanlarının bir gündə keçirilməsi mümkündürmü? – RƏSMİ AÇIQLAMA

15 iyul, 10:51

Aydın Qasımov: İki markerin qiyməti üst-üstə düşməzsə, sistem yazını üçüncü markerə ötürür

15 iyul, 10:00

“Dövlət Proqramı gənclər üçün çox böyük fürsətlər yaradır” – Harvard Biznes Məktəbinin məzunu

15 iyul, 09:45

Bu gündən tələbələrin köçürülməsinə başlanılır

15 iyul, 09:42

“WorldSkills Azerbaijan” elektronika üzrə milli yarışın qalibləri müəyyənləşib

15 iyul, 09:30

ADNSU-nun pedaqoji və inzibati heyəti ilə “TəhsilPlus” kartına dair müzakirə görüşü keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.