Bütün xəbərlər
test
6 dekabr, 10:57

NASA-nın astronavtları Aya qaytarmağı hədəfləyən Artemis proqramı mühüm texniki və təşkilati çətinliklər səbəbindən təxirə salınıb.

"Azərbaycan müəllimi" NASA-nın saytına istinadən xəbər verir ki, 2026-cı il üçün planlaşdırılan Ay enişi missiyası 2027-ci ilin ortalarına qədər mümkün olmayacaq.

2025-ci ildə astronavtların Ay ətrafında uçmasını nəzərdə tutan "Artemis II" missiyası isə 2026-cı ilin aprelindən tez olmayacaq.

NASA hər iki missiyanın əsas komponenti olan Orion ekipaj kapsulundakı texniki çətinliklərin gecikmələrə səbəb olduğunu təsdiqləyib.

Bildirilib ki, 2022-ci ildə ekipajsız Artemis I missiyası zamanı Orionun istilik qalxanı kosmik gəminin Yer atmosferinə yenidən daxil olması zamanı aşınmaya məruz qalıb.

NASA-nın administratoru Bill Nelson bildirib ki, risklərin azaldılması üçün əlavə sınaqlar keçirilib, lakin Orion kapsulunun atmosferə girişi ilə bağlı məsələlər hələ də həllini gözləyir.

NASA rəhbərliyi, xüsusilə Ayın cənub qütbündə yerləşən qiymətli su buzu ehtiyatlarının strateji əhəmiyyətini vurğulayaraq, bu sahədə ABŞ-ın Çinlə rəqabətini ön plana çəkir.

"Cənub qütbünə enmək bizim üçün həyati əhəmiyyət daşıyır ki, bu sahəni Çin nəzarətə almasın", - deyə Nelson qeyd edib.

Qeyd edək ki, Çinin 2030-cu ilə qədər astronavtlarını Aya göndərmək niyyətini açıqlaması ABŞ-dakı rəsmilərin kosmosdakı üstünlüyü qorumaq məqsədlərini daha da aktuallaşdırıb. NASA-nın hazırkı Artemis proqramında Orion kapsulunun performansı və kosmik missiyaların vaxt cədvəli yaxın illərdə də müzakirələrin mərkəzində qalacaq.

Xəbər lenti

26 dekabr, 21:10

Yaşıl dünyanın Qarabağ modeli

26 dekabr, 17:18

Təhsilverənlərin sertifikatlaşdırma qaydasına dəyişiklik edildi

26 dekabr, 15:18

AMEA xaricdə ən çox elmi məqalə nəşr etdirən alimlərinin adlarını açıqlayıb

26 dekabr, 14:52

AMEA əməkdaşlarının beynəlxalq elmi bazalarda bu il 59 məqaləsi dərc olunub

26 dekabr, 14:39

Naxçıvan məktəblərində təyyarə qəzasında həlak olanlarla bağlı guşələr yaradılıb

26 dekabr, 14:22

İsmayıllıda peşə təmayüllü siniflərin kollektivi satış yarmarkası keçirdi 

26 dekabr, 13:14

Naxçıvanda müəllimlər üçün dəstək təliminə başlanılıb

26 dekabr, 13:06

LDU imtahan sessiyasına hazırlığını müzakirə edib

26 dekabr, 13:03

Geoloqlar işğaldan azad olunmuş ərazilərdə tədqiqatları davam etdirəcəklər

26 dekabr, 12:31

Yaxın günlərdə hüquqşünas kimi işə başlayacaqdı – Hökümə Əliyevanın atası danışdı

26 dekabr, 12:01

Təyyarə qəzasında həyatını itirən insanların xatirəsi yad edilib

26 dekabr, 09:55

Liseydən təsirli paylaşım: “Biz səmaya baxanda Saşanı xatırlayacağıq…”

25 dekabr, 19:28

Sabah təhsil müəssisələrində tədris ənənəvi qaydada davam edəcək - RƏSMİ

25 dekabr, 17:28

Sumqayıtın hər zaman təhsil ənənələri olub - Rektor

25 dekabr, 17:28

Rüfət Əzizov: Ali təhsilin əmək bazarına uyğunlaşdırılması ilə bağlı görüləcək işlər çoxdur

25 dekabr, 15:48

Azərbaycanda matəm elan olundu

25 dekabr, 14:17

Prezident təyyarə qəzası ilə bağlı başsağlığı verib

25 dekabr, 12:58

Qarabağ Universitetinin tələbələri üçün yeni təqaüd təsis edilə bilər

25 dekabr, 12:33

Paytaxtda 47 mindən çox şagird oxuduğu məktəbi dəyişib

25 dekabr, 12:25

Tanınması həyata keçirilən peşə ixtisaslarının sayı 26-ya çatdırılıb – Agentlik direktoru

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.