Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi davam edir.
“Azərbaycan müəllimi” xəbər verir ki, təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan” layihəsi uğurla davam edir. Həyata keçirilən layihə çərçivəsində növbəti təlim-toplantıda Sabirabad şəhər 2 və 5 nömrəli orta məktəbin şagirdləri ilə yanaşı təlimçilər, məktəb rəhbərləri, həkimlər iştirak edib.
Xatırladaq ki, layihə Sabirabad şəhər 2 nömrəli məktəb-liseyin müəllimi Sevinc Məhərrəmova tərəfindən icra olunur. Layihənin məqsədi Sabirabad rayon şagirdlərinə mütəxəssislər tərəfindən həyat təhlükəsizliyi haqqında nəzəri anlayışların verilməsi və ekstremal həyat vəziyyətlərində ilk tibbi yardım bacarıqlarının göstərilməsini seminar və praktik təlimlər keçməklə formalaşdırmaqdır.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)