Payız-qış mövsümünün başlaması ilə əlaqədar gündəmdə olan əsas məsələlərdən biri təhsil müəssisələrinin istiliklə təchizatının təmin edilməsidir. Lənkəran-Astara Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, qurumun tabeliyində olan 72 məktəbin istiliyi dizellə, 79 məktəbin istiliyi elektriklə, 192 məktəbin istiliyi odunla, 170 məktəbin istiliyi isə qazla təmin olunur.
Astara rayonunda yerləşən 61 məktəbdən 2-si odunla-dizellə, 2-si qazla-odunla, 7-si elektriklə, 11-i odunla, 12-si dizellə, 27-si isə qazla qızdırılır.
Cəlilabad rayonunda fəaliyyət göstərən 122 məktəbdən 1-i qaz-odun, 11-i dizel, 25-i elektrik, 50-si odun, 35-i qaz vasitəsilə isidilir.
Lerik rayonundakı 96 məktəbin 3-nün istilik təminatı qazla-odunla, 15-nin qazla, 18-nin dizellə, 30-nun elektriklə, 30-nun odunla həyata keçirilir.
Lənkəran şəhərindəki 82 məktəbdən 1-nin istiliyi qazla-odunla, 3-nün dizellə, 5-nin elektriklə, 34-nün odunla, 39-nun qazla təmin olunur.
Masallı rayonundakı 93 məktəbdən 1-i elektriklə, 1-i dizellə-odunla, 2-si qazla-odunla, 8-i dizellə, 31-i odunla, 50-si qazla qızdırılır.
Yardımlı rayonunda fəaliyyət göstərən 75 məktəbdən 1-nin istilik təchizatı elektriklə, 7-nin qazla, 11-nin elektriklə, 20-nin dizellə, 36-nın odunla təmin edilir.
Qeyd edək ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində 554 ümumtəhsil, 121 məktəbəqədər, 11 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Yuxarıda qeyd edilən siyahıya bağlanan, təmirə bağlanan, binası yarasız olduğu üçün yeni binası tikilən məktəblər əlavə edilməyib.
Xatırladaq ki, Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli “İstilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında qərarına əsasən, hər il istilik mövsümü noyabrın 15-də başlayır və növbəti il aprelin 15-də yekunlaşır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)