Bütün xəbərlər
2 avqust, 13:20

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) bu günlərdə Avropa çempionatının qalibi olmuş Azərbaycan İdman Akademiyasının futzal komandası ilə görüş olub.

AHİK-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov idmançıları və onların məşqçilərini Avropa Universitetləri Futzal Çempionatda əzmkarlıq nümayiş etdirərək qızıl medal qazanmaları münasibətilə təbrik edib, onlara yeni qələbələr arzulayıb. Bildirilib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər və idman siyasəti hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan idman və olimpiya hərəkatının inkişaf səviyyəsinə görə dünyanın aparıcı ölkələrindən biri hesab olunur. Konfederasiya sədri qazanılan uğurun ölkəmizdə idmana göstərilən dövlət qayğısının bariz nümunəsi olduğunu vurğulayıb.

Azərbaycan elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov komandanın uğurunda AHİK-in rolunu qeyd edib. Nazir müavini Akademiyanın futzal komandasının Xorvatiyada keçirilən çempionatda güclü rəqiblər üzərində qələbəsinin tarixi uğur olduğunu vurğulayıb.

Azərbaycan İdman Akademiyasının rektorunun müşaviri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov isə ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan, bu sahənin inkişafı üçün yaradılan şəraitdən bəhs edib.

Komanda üzvləri görüşdə çempionat barədə təəssüratlarını bölüşüblər. Futzalçılar qarşıdakı yarışlarda da ölkəmizi layiqincə təmsil etmək və yeni uğurlar qazanmaq əzmində olduqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının futzal komandası Xorvatiyanın Zaqreb şəhərində tələbələr arasında keçirilən Avropa Universitetləri Futzal Çempionatında bütün rəqiblərini üstələyərək turnirin qalibi olub. Komandamızın oyunçusu Ağaseyid Seyidov isə çempionatın ən yaxşı qapıçısı seçilib. Komandamızın Avropa çempionatında iştirakı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının, eləcə də Azərbaycan İdman Akademiyasının və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.

1 /3

Şərhlər

Xəbər lenti

15 avqust, 18:59

ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib

15 avqust, 18:16

Peşə təhsili üzrə boş qalan plan yerlərinə tələbə qəbulunun vaxtı açıqlandı 

15 avqust, 18:10

Peşə təhsili müəssisələrinə qəbul imtahanının nəticələri AÇIQLANDI 

15 avqust, 17:16

Yerdəyişmə imtahanla aparılan lisey və gimnaziyalara qəbul başlayır

15 avqust, 17:02

SDU ilə Bayburt Universiteti arasında əməkdaşlıq qurulur

15 avqust, 16:57

“Mərkəzi Asiya+ Akselerasiya” proqramı çərçivəsində “bootcamp” keçirilir

15 avqust, 16:40

Stenford araşdırması: Müəllimlər süni intellektə “tədris tərəfdaşı” kimi baxırlar

15 avqust, 16:21

Tələbələr sahibkara çevrilirlər – Qəbələdə başlayan layihə Bakıda davam edəcək

15 avqust, 15:36

Təhsilə ayrılan investisiya açıqlanıb

15 avqust, 14:54

Hansı universitetlər müəllimlik ixtisaslarına qəbulu dayandırdı? 

15 avqust, 14:50

Ən bahalı universitetlərimiz: illik təhsil haqqı nə qədərdir? – SİYAHI

15 avqust, 14:11

Ali məktəblərdə pedaqoji ixtisasların təhsil haqları nə qədər artıb? – ARAŞDIRMA

15 avqust, 14:02

Gəncədə beynəlxalq şahmat festivalı keçiriləcək

15 avqust, 13:35

Türkiyə III yerdə: 25 DP iştirakçısı təhsil üçün bu ölkəni seçib

15 avqust, 13:19

İngilis dili tədrisində yeni mərhələ: BERT-LSTM platforması

15 avqust, 13:10

Bu universitet illik təhsil haqlarını artırmayıb

15 avqust, 12:53

14 gənc Çində DP çərçivəsində təhsil alacaq

15 avqust, 12:46

Sabahın hava proqnozu açıqlanıb

15 avqust, 11:12

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsi üzrə işlərin qəbulu başlayır

15 avqust, 11:05

Rus bölməsi üzrə MİQ-in müsahibə mövzuları – SİYAHI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.