Bütün xəbərlər
2 mart, 09:22

Fevralın 28-də ADA Universitetində “Transmilli təhsil siyasəti dialoqu” forumu keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, "British Council" (Britaniya Şurası) tərəfindən təşkil olunan forumda forum Azərbaycanda transmilli təhsilə dəstək məqsədi daşıyıb. Bu istiqamətdə həyata keçiriləcək tədbirlərlə bağlı təqdimatlar olub, müzakirələr aparılıb.

Azərbaycanda mövcud transmilli təhsil səviyyəsini tədqiq etmək və bununla bağlı imkan və maneələri araşdırmaq üçün "British Council" tərəfindən aparılan tədqiqatların nəticəsi Britaniya Şurasının Qlobal tədqiqat şöbəsinin meneceri Nilgün Yalçın tərəfindən təqdim edilib. Bu tədqiqatlar universitetlərin fəaliyyətini qiymətləndirmək sahəsində qlobal təcrübəyə malik təhsil şirkəti Times Higher Education (THE) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Tədqiqatın məqsədi qlobal transmilli təhsil ənənələrini işıqlandırmaq, universitet və dövlətlərin beynəlmiləlləşmə siyasətinə dəstək olmaqdır.

Forumda Böyük Britaniyanın Azərbqycandakı səfirinin müşaviri Eduard Evanz, ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə, Britaniya Şurasının ölkə üzrə direktoru Nərgiz Hacıyeva açılış nitqi ilə çıxış ediblər. Daha sonra Özbəkistanın Westminster Beynəlxalq Universitetinin rektoru Komiljon Karimov, ADNSU rektoru Rüfət Əzizov, Warwick Universitetinin Strateji İnkişaf üzrə direktoru Gareth R., ADA Universitetinin prorektoru Vəfa Kazdal tərəfindən təqdimatlar edilib. Azərbaycan və Böyük Britaniya arasında transmilli təhsilin inkişafına dəstək olaraq Özbəkistan və Azərbaycanın bu sahədəki təcrübələrinə dair tədqiqatların nəticələri geniş auditoriyanın diqqətinə çatdırılıb. Azərbaycan ali təhsil müəssisələri ilə müxtəlif ölkə universitetləri arasında icrası davam edən ikili diplom proqramları barədə təqdimatlar, qlobal təhsil təcrübəsi kimi mövzular ətrafında müzakirələr olub, forum iştirakçılarının sualları cavablandırılıb.

Şəbəkələşmə mərhələsində Britaniya Şurası rəsmiləri, EATDA rəsmiləri və yerli ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə baş tutan forumda fikir mübadiləsi aparılıb, potensial əməkdaşlıq imkanları müzakirə olunub.

1 /10

Şərhlər

Xəbər lenti

2 mart, 23:23

Nazir Türkiyədə təhsil alan azərbaycanlı doktorantlarla görüşüb

2 mart, 17:50

Buraxılış imtahanında verilən tapşırıqların cavabları açıqlanıb

2 mart, 17:12

ADPU-da universitetlərarası çempionatın seçim turu keçirilib

2 mart, 17:07

Xankəndi, Şuşa və Xocalıda ilk dəfə buraxılış imtahanları keçirilib

2 mart, 16:12

Buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ

2 mart, 16:09

7 şagird imtahandan xaric edilib

2 mart, 16:01

UNEC tələbəsi ABŞ-nin TOP 6-cı universitetinə qəbul alıb

2 mart, 16:00

Bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

2 mart, 15:57

Lütfi Zadə olimpiadası və fənn müsabiqəsinin rayon (şəhər) mərhələsi keçirilib

2 mart, 10:24

Dövlət Proqramı çərçivəsində xaricdə təhsilə dair vebinar keçiriləcək

1 mart, 21:23

Bu gün "AzEdu.az" təhsil portalının 7 yaşı tamam olur

1 mart, 18:41

Səsyazısı yayılan direktorla bağlı araşdırma aparılacaq

1 mart, 18:31

Uşaq İncəsənət Festivalı – 2025 başlayır!

1 mart, 18:10

Fariz İsmayılzadə: Peşə təhsili ölkədaxili miqrasiyanın azalmasına imkan yaradacaq

1 mart, 15:36

Azərbaycanın ilk milli xəbər agentliyinin yaranmasından 105 il ötür

1 mart, 09:54

Dünya əhalisinin 50%-i miopiyadan əziyyət çəkəcək – Araşdırma 

1 mart, 08:10

Bu imtahan hava şəraiti səbəbindən təxirə salındı

28 fevral, 22:51

90 illik təhsil yolu keçmiş məktəb yubileyini qeyd edib - FOTOLAR

28 fevral, 21:56

ETN və DİN-in İctimai Şura üzvləri arasında görüş olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.