Bütün xəbərlər
2 mart, 16:00

Dövlət İmtahan Mərkəzi martın 2-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

“Azərbaycan müəllimi” xəbər verir ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 242 imtahan binası, 4292 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 242 ümumi imtahan rəhbəri, 675 imtahan rəhbəri, 4292 nəzarətçi, 747 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 242 bina nümayəndəsi ayrılıb.

İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

İlkin məlumatlara əsasən, 6 nəfərdə mobil telefon, 1 nəfərdə ağıllı saat aşkarlandığı üçün imtahandan xaric edilib. 2 nəzarətçi isə iştirakçılara kömək etməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub. 

Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki,  sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan  şagirdlər  digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı gətirməyi unutmasınlar.

Bu gün saat 16:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq. Abituriyentlər onları maraqlandıran sualları canlı yayımın şərh bölməsinə yaza bilərlər.

Martın 3-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. 

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 6 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) canlı yayımdan sonra DİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər .

Şərhlər

Xəbər lenti

3 mart, 16:53

Sertifikatlaşdırma ilə bağlı görüşlərə start verilib

3 mart, 16:49

“Gənclərin peşə bələdçisi” layihəsinə başlanılır

3 mart, 16:44

“Müəllimi “Whatsapp” qrupundan çıxarıb pul yığırıq” – 8 Marta “hazırlıq”

3 mart, 16:42

DİM və “YAŞAT” Fondu arasında memorandum imzalanıb

3 mart, 15:29

AzMİU ilə Porto Universiteti arasında zəlzələ mühəndisliyi sahəsində əməkdaşlıq müzakirə olunub

3 mart, 15:24

Bəzən universitetlər imkanlarını nəzərə almadan daha çox tələbə qəbul etməyə çalışır - ARAŞDIRMA

3 mart, 15:20

Agentlik 8 Martla bağlı çağırış etdi

3 mart, 15:04

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

3 mart, 14:50

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə sənəd qəbulu başlayır

3 mart, 14:33

Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılır

3 mart, 14:17

Universitetlərdə rektorun fəaliyyətinin təşkili məsələlərini tənzimləyən əsasnamə təsdiqlənib

3 mart, 14:12

Qazaxıstanın nümayəndə heyəti ADNSU-nun rektoru ilə görüşüb

3 mart, 14:02

Bu universitetə yeni prorektor təyin edildi

3 mart, 13:23

ADPU-nun Quba filialında görüşdə tələbələrin anonim şikayətləri oxunub

3 mart, 13:22

Möcüzə uşaq – 12 yaşlı paytaxt məktəblisinin qeyri-adi istedadı

3 mart, 13:21

Qazaxıstanlı professorlar ADNSU-nun rektoru ilə görüşüblər

3 mart, 13:08

Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümündə II dövrə oyunlarına start verilib

3 mart, 11:43

Sabirabadın 4 nömrəli tam orta məktəbində "Kiçik Akademiya" yaradılıb

3 mart, 11:30

Şagird davranışının tənzimlənmə yolları Pilot məktəbin təcrübəsindən

3 mart, 11:11

Danimarkada məktəblərdə smartfon istifadəsi qadağan ediləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.