
Danimarkada məktəblərdə və məktəbdənkənar təhsil müəssisələrindəki fəaliyyətlərdə smartfonlardan istifadəyə qadağa qoyulacaq.
"Azərbaycan müəllimi" BBC News-a istinadən xəbər verir ki, Danimarkanın təhsil naziri bu addımın uşaqların rifahını nəzərdən keçirmək üçün yaradılmış komissiyanın tövsiyələri əsasında atıldığını bildirib.
Hazırda Danimarka hökuməti tərəfindən tam detallar açıqlanmasa da, uşaqlar və təhsil naziri Mattias Tesfaye qadağanıın tətbiqindən sonra "mobil telefonlar və şəxsi planşetlərin nə dərs zamanı, nə də tənəffüsdə istifadəsinə icazə verilməyəcəyi"ni söyləyib.
Plan Gənclərin Rifahı Komissiyasının tövsiyələri əsasında hazırlanır, həmçinin 13 və daha yuxarı yaşda olanlara smartfonların istifadəsini məhdudlaşdırmağı tövsiyə edir.
Komissiyanın rəhbəri Rasmus Meyer bildirib ki, "telefon bir uşağın otağına daxil olan kimi bütün zamanını zəbt edir. Bu, onların özünəinamını məhv etmək riski daşıyır. Əllərində qacet olan kimi onların rifahı pisləşir".
Məlumatda həmçinin qeyd olunur ki, son bir neçə ildə smartfon istifadəsinin rifah üçün potensial zərərlərinə daha çox diqqət yetirilib. Məsələn, yaxın zamanda Birminhem Universitetində aparılan araşdırmalar göstərib ki, smartfonlardan daha çox istifadə etmək şagirdlərin rifahına və məktəb işlərinə mənfi təsir göstərə bilər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər