Bütün xəbərlər
3 mart, 15:29

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin rəhbəri, rektorun müşaviri, Mexanika kafedrasının professoru Azər Qasımzadə və Portuqaliyanın Dayanıqlı İnşaat İnstitutunun İdarə Heyətinin Prezidenti, Porto Universitetinin Mühəndislik fakültəsinin İdarə Heyətinin vitse-prezidenti, eləcə də Avropa İnşaat Mühəndisləri Şurasının (ECCE) İdarə Heyətinin üzvü professor Humberto Varum arasında işgüzar görüş keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə zəlzələ mühəndisliyi, tikililərin seysmik dayanıqlılığının artırılması və infrastruktur obyektlərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb. Tərəflər beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi, birgə tədqiqat layihələrinin icrası və akademik mübadilə proqramlarının təşkili məsələlərini müzakirə ediblər.

Bununla yanaşı UNESCO-nun Dünya Mirası Siyahısına daxil edilmiş Portuqaliyadakı tarixi tikililərin konstruktiv təhlükəsizliyinin təmin edilməsi ilə bağlı mühəndis qiymətləndirmələri aparılıb və müvafiq rəy və tövsiyələr verilib.

AzMİU ilə Porto Universiteti digər elmi-tədqiqat mərkəzləri arasında mühəndislik sahəsində əməkdaşlığın gücləndirilməsi, ortaq elmi tədbirlərin təşkili, beynəlxalq tərəfdaşlıq layihələrində məsləhətçi və ekspert qismində iştirak, seysmik inşaat normalarının hazırlanması və müasir seysmik risklərin araşdırılması istiqamətində gələcək planlar nəzərdən keçirilib.

Şərhlər

Xəbər lenti

3 mart, 20:48

Səs yazısı yayılan direktor işdən ÇIXARILDI

3 mart, 19:13

Gələcəyin müəllimləri ilə söhbət 

3 mart, 17:55

Nazirliyi məhkəməyə verən valideynlərin iddiası təmin edilməyib

3 mart, 17:44

"Firidun bəy Köçərli" mükafatının təqdimatı olub

3 mart, 16:53

Sertifikatlaşdırma ilə bağlı görüşlərə start verilib

3 mart, 16:49

“Gənclərin peşə bələdçisi” layihəsinə başlanılır

3 mart, 16:44

“Müəllimi “Whatsapp” qrupundan çıxarıb pul yığırıq” – 8 Marta “hazırlıq”

3 mart, 16:42

DİM və “YAŞAT” Fondu arasında memorandum imzalanıb

3 mart, 15:24

Bəzən universitetlər imkanlarını nəzərə almadan daha çox tələbə qəbul etməyə çalışır - ARAŞDIRMA

3 mart, 15:20

Agentlik 8 Martla bağlı çağırış etdi

3 mart, 15:04

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

3 mart, 14:50

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə sənəd qəbulu başlayır

3 mart, 14:33

Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılır

3 mart, 14:17

Universitetlərdə rektorun fəaliyyətinin təşkili məsələlərini tənzimləyən əsasnamə təsdiqlənib

3 mart, 14:12

Qazaxıstanın nümayəndə heyəti ADNSU-nun rektoru ilə görüşüb

3 mart, 14:02

Bu universitetə yeni prorektor təyin edildi

3 mart, 13:23

ADPU-nun Quba filialında görüşdə tələbələrin anonim şikayətləri oxunub

3 mart, 13:22

Möcüzə uşaq – 12 yaşlı paytaxt məktəblisinin qeyri-adi istedadı

3 mart, 13:21

Qazaxıstanlı professorlar ADNSU-nun rektoru ilə görüşüblər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.