Bütün xəbərlər
3 mart, 17:55

Bakı İnzibati Məhkəməsində paytaxtın 214 nömrəli məktəbin 5-ci sinif şagirdinin valideynlərinin  Elm və Təhsil Nazirliyinə qarşı qaldırdığı iddia üzrə növbəti iclas keçirilib.

"Azərbaycan müəllimi" "Caliber.Az"a istinadən xəbər verir ki, hakim Miminat Hacıbəyova hər iki tərəfi dinləyib.

İddiaçılar bir daha Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən rus bölməsində “Azərbaycan tarixi” fənninin Azərbaycan dilində tədrisinin ləğv edilməsini xahiş ediblər. Onlar rus bölməsində təhsil alan məktəblilərin materialın Azərbaycan dilində kompleks şəkildə təqdim olunması səbəbindən öz vətənlərinin tarixini tam dərk edə bilməmələrini əsas gətirərək, “Azərbaycan tarixi”nin rus dilində tədris olunmasını tələb ediblər.

Onların fikrincə, 5-ci sinif üçün rus dilində "Azərbaycan tarixi" dərsliyi uşaqların öyrədilməsi üçün daha aydın və rahatdır.

İddiaçılar Azərbaycan Konstitusiyasının 21–ci ("Dövlət dili") maddəsinə istinad ediblər, burada ikinci bənddə qeyd olunur: "Azərbaycan Respublikası əhalinin danışdığı digər dillərin sərbəst istifadəsini və inkişafını təmin edir". İddiaçılar Elm və Təhsil Nazirliyinin öz tələblərini Konstitusiyadan üstün tutmaq hüququna malik olmadığını iddia edirlər.
Onlar həmçinin konstitusiyanın 45-ci  maddəsinə ("Ana dilindən istifadə hüququ") istinad ediblər. Burada qeyd olunur: "I. Hər kəsin ana dilindən istifadə hüququ var. Hər kəsin təhsil və tərbiyə almaq, istədiyi dildə yaratmaq hüququ var. II. Heç kim ana dilindən istifadə hüququndan məhrum edilə bilməz" və 149-cu ("Normativ hüquqi aktlar") maddəsinin 6-cı bəndində qeyd olunur: "VI. Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Konstitusiyaya zidd olmamalıdır".

İddiaçılar bildiriblər ki, nazirliyin qərarı Konstitusiyaya zidd olaraq qəbul edilə və qanuni ola bilməz. Onun qəbulu üçün ilkin olaraq Konstitusiyaya dəyişiklik edilməli idi.

Öz növbəsində, Elm və Təhsil Nazirliyinin nümayəndəsi cavab olaraq bildirib ki, onların Azərbaycan dilində təhsilin keyfiyyətinin təmin edilməsi üçün qanun çərçivəsində bütün tədbirləri görmək səlahiyyəti var.

Hakim Miminat Hacıbəyova hər iki tərəfi dinlədikdən sonra Elm və Təhsil Nazirliyinin mövqeyini dəstəkləyən qərar çıxarıb, valideynlərin iddiası rədd edilib.

Şərhlər

Xəbər lenti

1 iyun, 10:39

Məktəblilər səhnədə: Problemlərini sakit, “dərd”lərini gülərək həll edirlər - REPORTAJ

1 iyun, 10:11

Bu gün I və IV qruplar üzrə qəbul imtahanı keçirilir

31 may, 15:52

Naxçıvanda "Ümumi təhsilin aktual problemləri" mövzusunda konfrans keçirilib

31 may, 15:39

BSU tərəfindən özbək dilinə tərcümə olunan "Qərbi Azərbaycana qayıdış" Konsepsiyası sərgilənib

31 may, 14:16

“Zəkaların mübarizəsi” olimpiadası qaliblərinin mükafatlandırılması keçirilib

31 may, 12:42

Fuad Qarayev: Öyrənməyi sevən şagirdlər mütləq seçilirlər

31 may, 11:44

4SİM: Azərbaycanın süni intellekt təcrübəsi Davos İqtisadi Forumunda təqdim olunacaq

31 may, 09:01

Azərbaycan Texnologiya Universiteti Özbəkistanın universitetləri ilə əlaqələrini genişləndirir

30 may, 23:45

Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində maraqlı təşəbbüs

30 may, 23:09

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsi keçirilib

30 may, 21:58

6 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub

30 may, 21:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

30 may, 21:49

Buraxılış imtahanının nəticələri elan olunub

30 may, 18:20

UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib

30 may, 17:48

ADNSU-da “Qazaxıstan – Azərbaycan: yeni üfüqlər” adlı konfrans keçirilib

30 may, 17:29

Beynəlxalq Təhsil İcmalı – May 2025

30 may, 17:07

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edib

30 may, 16:41

Magistraturaya qəbul imtahanında 3 nəfər ən yüksək nəticə göstərdi

30 may, 16:38

ADNSU 6 min manatdan yuxarı əməkhaqqı ilə tədqiqatçı-müəllim axtarır

30 may, 16:35

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.