Bütün xəbərlər
31 may, 15:52

Mayın 30-da Naxçıvan Müəllimlər İnstitutunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunan "Ümumi təhsilin aktual problemləri" mövzusunda IV respublika elmi-praktik konfransı öz işinə başlayıb. 

İnstitutun mətbuat xidmətindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, hibrid (əyani və videobağlantı) formatda keçirilən tədbirin tərəfdaşları arasında Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universiteti də yer alıb.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsini icra edən Elşən Məmmədov qeyd edib ki, təhsildə innovasiyaların tətbiqi, tədris metodlarının yenilənməsi və pedaqoji təcrübənin elmi əsaslarla zənginləşdirilməsi üçün belə forumlar tədqiqatçıların və müəllimlərin qarşılıqlı əməkdaşlığına geniş imkanlar yaradır.

Elşən Məmmədov çıxışında həmçinin Naxçıvan Müəllimlər İnstitutunun son dövrdəki fəaliyyətinə də toxunub. O bildirib ki, institut son illər ərzində elmi-tədqiqat sahəsində əhəmiyyətli addımlar atıb, akademik fəaliyyətini müasir tələblərə uyğunlaşdıraraq regional və beynəlxalq elmi mühitə inteqrasiyanı sürətləndirib. Beynəlxalq konfranslarda iştirak, birgə elmi layihələrin həyata keçirilməsi və akademik əlaqələrin genişləndirilməsi institutun elmi potensialının yüksəlməsinə ciddi təkan verib.

O qeyd edib ki, hazırda institutda tədqiqat yönümlü tədris mühitinin yaradılması, elmi istiqamətlərin prioritetləşdirilməsi, müəllim və tələbələrin elmi fəaliyyətə cəlb olunması xüsusi diqqət mərkəzindədir. Bu istiqamətdə görülən işlər, təhsil sahəsində qarşıya qoyulan məqsədlərin reallaşdırılmasına, müasir dövrün təhsil çağırışlarına adekvat cavabların formalaşdırılmasına xidmət edir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Aparat rəhbəri Şikar Hüseynov çıxışında Muxtar Respublikada təhsilin hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verib. O vurğulayıb ki, Naxçıvanda təhsil sahəsində həyata keçirilən ardıcıl və sistemli islahatlar son illər ərzində təhsilin keyfiyyət göstəricilərinə əhəmiyyətli təsir göstərib. 

İnfrastrukturun müasirləşdirilməsi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllim heyətinin peşəkarlıq səviyyəsinin artırılması və təhsildə rəqəmsallaşma prosesi bu sahədə prioritet istiqamətlər kimi müəyyən olunub. 

Şikar Hüseynov konfransda müzakirəyə çıxarılan istiqamətlər üzrə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində görülən və görüləcək işlər haqqında ətraflı məlumat verib.

Naxçıvan Müəllimlər İnstitutunun Elm və innovasiya məsələləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı çıxışında tədbirin elmi istiqamətləri və konfransın əsas məqsədi və vəzifələri barədə ətraflı məlumat verib, elmi tədbirdən gözlənilən nəticələri vurğulayıb. 

Qurban Qurbanlı həmçinin Naxçıvan Müəllimlər İnstitutunun ölkədə 25 ildir ki, dövlət ali təhsil müəssisəsi kimi fəaliyyət göstərməsindən danışıb, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxs olmasını iştirakçıların diqqətinə çatdırıb.

Plenar iclasda çıxış edən Azərbaycan Respublikasının Təhsil İnstitutunun şöbə müdiri, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov çıxış edərək təhsil sistemində innovativ idarəetmə modelləri, kurikulum islahatları və pedaqoji kadrların hazırlanması məsələlərinə toxunub.

1 /5

Şərhlər

Xəbər lenti

26 avqust, 19:55

ADNSU-nun təşkilatçılığı ilə Rumıniyada keçirilən beynəlxalq elmi konfrans başa çatıb

26 avqust, 17:13

Taleh Şahsuvarlı: Ali məktəblərimiz Şərqi Avropanın bir çox universitetindən daha yaxşı təhsil verir

26 avqust, 17:08

"Planım şəxsi hüquq büromu qurmaqdır” – Sosial şəbəkədə məşhurlaşan gənc

26 avqust, 16:28

Günün mübarək, doğma Laçın!

26 avqust, 16:08

4 universitetə qəbul oldu, amma… 

26 avqust, 15:40

Fərid Pərdəşünas: Qəbul olmayanlara reallıqdan uzaq təsəllilər verilir

26 avqust, 15:22

Professor Zahid Məmmədov beynəlxalq yubiley medalı ilə təltif olundu

26 avqust, 15:11

Lisey və gimnaziyalara II mərhələ seçimlərinə start verilib

26 avqust, 14:25

Gədəbəydən olan qardaşlar eyni universitet və ixtisasa daxil oldular 

26 avqust, 14:16

“Təhsilin yaşı yoxdur, istəyim oxumaq və savadımı artırmaqdır” – 55 yaşlı tələbə

26 avqust, 12:49

Müəllim təbiətə bağlıdırsa…

26 avqust, 12:45

Ötən tədris ilində Azərbaycana 7 mindən çox əcnəbi tələbə gəlib

26 avqust, 12:44

Müəllim sinifdə müəllim olar

26 avqust, 12:43

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar

26 avqust, 12:38

Azərbaycan alimləri dünyada ilk dəfə fitoplazmalar arasında rekombinasiyanı aşkar ediblər

26 avqust, 12:22

Mingəçevir məktəbinin bir sinfinin bütün şagirdləri tələbə oldu

26 avqust, 12:15

Milli Müdafiə Universiteti tələbə qəbulu elan edir

26 avqust, 12:02

Azərbaycanda “robot tyutor” hazırlanır

26 avqust, 12:00

Bu ölkələrin vətəndaşları Azərbaycan kolleclərində təhsil alırlar

26 avqust, 11:57

Əkizlərin uğuru: Bacı-qardaş eyni vaxtda tələbə oldu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.