
Mayın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Qazaxıstan - Azərbaycan: yeni üfüqlər” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, konfrans Qazaxıstan və Azərbaycandan pedaqoqlar, alimlər və tədqiqatçıları bir araya gətirib. Tədbirin məqsədi təhsil, elm və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir.
Konfransda ADNSU-nun, eləcə də M.Auezov adına Cənubi Qazaxıstan Universitetinin və Beynəlxalq Pedaqoji Yaradıcılığı Dəstəkləmə Fondunun rəhbər şəxsləri çıxış edərək tədbirin əhəmiyyətindən və əməkdaşlığın inkişafına verəcəyi töhfələrdən danışıblar.
Konfrans iştirakçıları arasında Erkebulan Rayımbekov “Süni intellektin tədris sahəsində rolu”, Nurgül Bayniyazova “İnklüziv təhsilin xüsusiyyətləri”, Meruert Abeuova və Marina Alibayeva “Tədris oyunlarında iqtisadi proseslərin modelləşdirilməsi”, Gülxan Yelamanova “Müasir təhsilin əsas tendensiyası kimi şəxsiyyətin rolu”, Ayjan Baybusinova “İbtidai sinif şagirdləri üçün süni intellektlə bağlı tədqiqat layihələri” və Aysulu Abdrəxmanova “Əlavə təhsilin aktual məsələləri” mövzularında məruzələrlə çıxış ediblər.
Akademik tərəfdaşlıq və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən konfrans iştirakçılar tərəfindən də yüksək qiymətləndirilib.
1 /9
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər