Bütün xəbərlər
30 may, 18:20

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyinə həsr olunmuş III Xarici Dil Müəllimləri Forumu keçirilib.

Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib.

Bildirilib ki, UNEC Xarici Dillər Departamentinin təşkilatçılığı ilə “Dil bacarıqları və iqtisadi imkanlar: tələbələrin qlobal bazara hazırlanması” mövzusuna həsr olunan builki forumda yerli və xarici qonaqlar, British Council, Pekin Xarici Dillər Universiteti, Konfutsi İnstitutu, eləcə də Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin dil mütəxəssisləri və müəllimləri iştirak ediblər.

Forumda açılış nitqi ilə çıxış edən Tədris üzrə prorektor dosent Gəray Musayev UNEC-də xarici dillərin tədrisi ilə bağlı həyata keçirilən islahatlardan, eləcə də Xarici Dillər departamentinin bu istiqamətdəki məqsədyönlü fəaliyyətindən bəhs edib. 

O, çıxışında xarici dil bacarıqlarının tələbələrin qlobal əmək bazarına inteqrasiyasında oynadığı rolu vurğulayaraq universitetin bu sahədə beynəlxalq standartlara uyğun addımlar atdığını qeyd edib.

Tədbirdə həmçinin Böyük Britaniyanın Azərbaycandakı səlahiyyətli səfiri Fergus Auld və British Council-in Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva da çıxış ediblər. Onlar çıxışlarında dil bacarıqlarının yaratdığı imkanlardan söz açaraq, UNEC-in bu sahədə apardığı islahatları yüksək qiymətləndiriblər. 

Həmçinin keçirilən forumun müasir tədris metodlarının tətbiqi və təcrübə mübadiləsi üçün geniş imkanlar yaratdığını, yerli və beynəlxalq mütəxəssislər arasında əməkdaşlığı daha da gücləndirdiyini deyiblər.

UNEC Xarici Dillər departamentinin direktoru, dosent Aysel Xəlilova və Avropa Azərbaycan Məktəbinin baş direktoru Francesco Banchinin moderatoru olduğu forumda Pekin Xarici Dillər Universitetinin professoru Hua Yang, universitetin Asiya fakültəsinin “Azərbaycan dili” kafedrasının müdiri Aqşin Əliyev və digər  məruzəçilər xarici dil təhsili üzrə yeni təşəbbüslər barədə fikirlərini bölüşüblər.

Forumun ikinci günündə British Council tərəfindən akkreditə olunmuş təlimçilər, eləcə də UNEC-in peşəkar müəllim heyəti tərəfindən süni intellektin tədrisdə tətbiqi, interaktiv metodlar və dil təlimində innovasiyalar mövzularında praktiki seminarlar təşkil olunacaq.

1 /5

Şərhlər

Xəbər lenti

3 iyul, 20:58

Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışı olub

3 iyul, 20:00

#AzərbaycanMüəllimləri müsabiqəsinin qalibləri mükafatlandırılıb

3 iyul, 18:33

MİQ üzrə imtahanların ilk günü başa çatdı – Davamiyyət 81 faiz olub

3 iyul, 17:15

Tələbə krediti üçün il sonunadək ayrılan vəsaitin həcmi açıqlandı

3 iyul, 17:15

"Müəllim işləmək uşaqlıq arzum olub” - Naxçıvanda MİQ imtahanı həyəcanı

3 iyul, 16:45

Azərbaycan dili imtahanının nəticələri elan olunub

3 iyul, 16:29

DİM 393 abituriyentin yazı işinə düzəliş edib: 6-sının balı endirilib

3 iyul, 16:27

Qəbul imtahanı ilə bağlı apellyasiya nəticələri açıqlanıb

3 iyul, 16:01

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat davam edir

3 iyul, 15:45

Hava şəraiti ilə bağlı xəbərdarlıq verilib

3 iyul, 15:15

MİQ imtahanının ilk gününün birinci seansında davamiyyət 83 faiz olub

3 iyul, 15:08

İyulun 13-də keçiriləcək qəbul imtahanlarında iştirak edənlərin NƏZƏRİNƏ!

3 iyul, 14:52

"Müəllimlərin "çətin" hesab etdiyi suallar nəzəri baxımdan mürəkkəb deyil" – Nəzakət Mehdiyeva

3 iyul, 14:50

“Hüquqşünaslıq” üzrə təhsil alanların 81 faizi peşə tanınması imtahanından kəsilib

3 iyul, 14:48

Nəzakət Mehdiyeva: Kimya müəllimlərinin 85 faizi sertifikatlaşdırmada 30 balı keçib

3 iyul, 14:43

Müəllim və şagirdlər premium səviyyəli süni intellektdən pulsuz istifadə edəcəklər

3 iyul, 13:07

“Öz üzərimdə mütəmadi çalışmağım yüksək bal toplamağıma çox kömək etdi” – Kimya müəllimi

3 iyul, 12:50

İnklüziv təhsil: Qlobal yanaşmalar və Azərbaycan təcrübəsi

3 iyul, 12:44

BDU-da “Code8 Hackathon” keçirilib

3 iyul, 12:42

“Mobil proqramçı” ixtisası üzrə təlimə qeydiyyat başlayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.