Bütün xəbərlər
30 may, 23:09

Mayın 30-da Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsi baş tutub. 

“Milli Hakaton”un seçim mərhələsində yüksək nəticə göstərmiş 1640 şagird olimpiada mərhələsində iştirak edib.

Şagirdlərə mərkəzləşdirilmiş qaydada təşkil olunmuş imtahanda 3 saat ərzində bilik və bacarıqlarını nümayiş etdirmələri üçün 10 tapşırıq təqdim olunub. Burada şagirdlər “Kombinatorika”, “Məntiqi ifadələr”, “Cədvəllər”, “Oyun nəzəriyyəsi”, “Alqoritmlərin təhlili”, “Məntiqi tənliklər” və digər mövzuları əhatə edən sualları cavablandırıblar. 

Xatırladaq ki, imtahan Bakı, Sumqayıt, Gəncə və digər şəhərlər də daxil olmaqla ümumilikdə 12 mərkəzdə təşkil olunub. İmtahandan yüksək nəticə göstərən şagirdlər yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar.

Qeyd edək ki, dörd mərhələ və finaldan ibarət olan hakaton müddətində iştirakçılar test tapşırıqları, komanda işi və layihə hazırlığı kimi yaradıcı və innovativ fəaliyyətlərdə iştirak edəcəklər. III və IV mərhələlər 5 müxtəlif regionda təşkil ediləcək. Bu mərhələlərdə iştirakçılar üçün onların bilik və bacarıqlarının inkişafı üçün maarifləndirici sessiya və seminarlar keçiriləcək.  

Müsabiqənin final mərhələsində 120 iştirakçıdan ibarət 30 komanda yarışacaq. Qalib komandaları dəyərli mükafatlar və xüsusi hədiyyələr gözləyir.

1 /9

Şərhlər

Xəbər lenti

31 may, 15:52

Naxçıvanda "Ümumi təhsilin aktual problemləri" mövzusunda konfrans keçirilib

31 may, 15:39

BSU tərəfindən özbək dilinə tərcümə olunan "Qərbi Azərbaycana qayıdış" Konsepsiyası sərgilənib

31 may, 14:16

“Zəkaların mübarizəsi” olimpiadası qaliblərinin mükafatlandırılması keçirilib

31 may, 12:42

Fuad Qarayev: Öyrənməyi sevən şagirdlər mütləq seçilirlər

31 may, 11:44

4SİM: Azərbaycanın süni intellekt təcrübəsi Davos İqtisadi Forumunda təqdim olunacaq

31 may, 09:01

Azərbaycan Texnologiya Universiteti Özbəkistanın universitetləri ilə əlaqələrini genişləndirir

30 may, 23:45

Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində maraqlı təşəbbüs

30 may, 21:58

6 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub

30 may, 21:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

30 may, 21:49

Buraxılış imtahanının nəticələri elan olunub

30 may, 18:20

UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib

30 may, 17:48

ADNSU-da “Qazaxıstan – Azərbaycan: yeni üfüqlər” adlı konfrans keçirilib

30 may, 17:29

Beynəlxalq Təhsil İcmalı – May 2025

30 may, 17:07

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edib

30 may, 16:41

Magistraturaya qəbul imtahanında 3 nəfər ən yüksək nəticə göstərdi

30 may, 16:38

ADNSU 6 min manatdan yuxarı əməkhaqqı ilə tədqiqatçı-müəllim axtarır

30 may, 16:35

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

30 may, 16:27

ATU-da narkomaniya və dini radikalizmlə bağlı seminar keçirilib

30 may, 16:23

Özbəkistanda “Study in Azerbaijan” təhsil sərgisi keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.