
Süni intellekt sahəsində bir neçə şirkət, eyni zamanda supermarket şəbəkələri ilə birgə çalışırıq ki, dünyadakı müsbət təcrübəni Azərbaycana gətirək. Eləcə də, Azərbaycanda yaranacaq müsbət təcrübəni gələn ilin yanvar ayında Davos İqtisadi Forumu çərçivəsində beynəlxalq ictimaiyyətə təqdim edək.
“Azərbaycan müəllimi” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov “4Sİ Akademiyası” çərçivəsində keçirilən “Milli Proqram” layihəsinin açılış mərasimində deyib.
“Bununla yanaşı, Dünya İqtisadi Forumunun tabeliyində olan Süni İntellektin İdarəetmə Alyansı var. Bu alyansda dünyanın ən məşhur şirkətlərinin nümayəndələri iştirak edirlər. Biz bu qrupun üzvüyük və oradakı müzakirələrin şahidi oluruq, orada iştirak edirik, təcrübələrimizi paylaşırıq”, - deyə F.Cəfərov vurğulayıb.
F.Cəfərov deyib ki, hazırda İqtisadiyyat Nazirliyində Dördüncü Sənaye İnqilabı Mərkəzinin koordinasiyası ilə Çağrı Mərkəzində Süni İntellektin tətbiqi layihəsi mövcuddur. “Süni İntellektin tətbiqi ilə vətəndaşlarımızın gələn zənglərinin təhlili, onların suallarının nə ilə bağlı olması, buna uyğun cavabların hazırlanması, eyni zamanda əməkdaşlarımızın performansının, danışığının və təlim ehtiyaclarının süni intellekt vasitəsilə müəyyənləşdirilməsi üzərində belə bir layihəmiz var. Paralel olaraq çatbotun hazırlanması layihəsi var. Növbəti illərdə vətəndaşlarımızın çatbot üzərindən verdikləri suallara uyğun sürətli cavab tapması istiqamətində bir layihəmiz var. Paralel olaraq infrastruktur sahəsində də işlərimiz gedir. İqtisadiyyat Nazirliyi tərəfindən artıq ölkənin ilk superkompüteri əldə edilib. Bu superkompüter ona görə vacibdir ki, böyük həcmli dataların proses olunması, təhlili və işlənməsinə böyük texnoloji baza lazımdır. Belə bir baza artıq yaradılıb. Dünən biz dövlət qurumları, özəl təşkilatlar və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirdik. Bu platformadan onların necə istifadə edə bilməsi, Azərbaycanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində hansı süni intellekt imkanlarının yaradıla biləcəyi istiqamətində müzakirələr apardıq. Çoxlu təkliflər əldə etmişik və qarşıdakı günlərdə bu istiqamətdə açıqlamalarımız olacaq”, - deyə 4SİM-in icraçı direktoru qeyd edib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər