Bütün xəbərlər
1 iyun, 18:26

“İki il ərzində Qarabağ Universitetinin geniş kampusunun inşası nəzərdə tutulur. Universitetin tədqiqat yönümlü, elmi nəticələrə əsaslanan və beynəlxalq rəqabətədavamlı ali təhsil müəssisəsinə çevrilməsi əsas hədəflərdəndir”.

Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş “AMEA-da Qarabağnamə ənənəsi və müasir dövr” adlı elmi konfransda çıxışı zamanı səsləndirib.

Nazir bildirib ki, yaxın iki il ərzində Qarabağ Universitetinin kampusu inşa olunacaq, fakültələrin sayı isə 10-a çatdırılacaq. “Bu il artıq Qarabağ Universitetinin klinikası da istifadəyə verilib. O da regionun ən böyük klinikalarından biri olacaq”, – deyə o əlavə edib.

Emin Əmrullayev qeyd edib ki, universitetin tədqiqat yönümlü ali təhsil müəssisəsinə çevrilməsi istiqamətində işlər davam etdirilir:

“Qarabağ Universiteti ilə bağlı baxış ondan ibarətdir ki, bu müəssisə sözün əsl mənasında beynəlxalq rəqabətə cavab verən, elmlə məşğul olan və bunu real nəticələrlə sübut edən bir ali təhsil müəssisəsinə çevrilsin. Bununla bağlı Azərbaycan Prezidentinin dəstəyi və qayğısını hiss edirik”.

Şərhlər

Xəbər lenti

2 iyun, 21:32

Naxçıvanın voleybol komandası ölkə çempionu oldu

2 iyun, 20:13

Qlobal təhsil tərəfdaşlığının 2024-cü il üzrə illik hesabatı

2 iyun, 18:53

Agentik süni intellektin işçi qüvvəsinin transformasiyasına təsiri

2 iyun, 18:37

Yeni cırtdan planet kəşf edilib

2 iyun, 17:51

Litvada keyfiyyətli peşə və ali təhsilin təmin edilməsi

2 iyun, 17:33

"Əmək bazarı və sənaye 4.0 çağırışları" mövzusunda “dəyirmi masa” keçirilib

2 iyun, 17:31

NDU Tələbə Teatr Studiyası “Pillə 3” Tələbə Tamaşaları Festivalında iştirak edib

2 iyun, 17:29

Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək

2 iyun, 17:10

VII Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam müsabiqəsi elan edilir

2 iyun, 17:09

Qarabağ Universiteti: dirçəlişin akademik zəmini

2 iyun, 16:59

Tibb Universiteti Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edəcək

2 iyun, 16:45

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

2 iyun, 16:32

BSU ilk dəfə "Round University Ranking"də yer alıb

2 iyun, 16:28

Peşə təhsili üzrə milli bacarıq yarışına qeydiyyat başlayıb

2 iyun, 16:00

BANM-də "Elm və təhsilə birgə baxış" layihəsi çərçivəsində görüş keçirilib

2 iyun, 15:42

Bərdədə şagird məktəbin 3-cü mərtəbəsindən yıxılıb

2 iyun, 15:09

Naxçıvanın təhsil naziri tələbələrlə görüşüb

2 iyun, 14:57

BMU Daşkənddə “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub

2 iyun, 14:45

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi şagird qəbulu elan edir

2 iyun, 14:30

MDU tarixində ilk dəfə imtahanlar mərkəzləşdirilmiş qaydada aparılır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.