Bütün xəbərlər
2 iyun, 14:57

Bakı Mühəndislik Universiteti (BMU) Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, BMU nümayəndə heyətinin iştirak etdiyi sərgi Azərbaycan və Özbəkistan arasında elm və ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Elm və Təhsil Nazirliyi və ali təhsil müəssisələrinin rəhbər heyətinin Özbəkistana səfəri çərçivəsində təşkil edilib.

Sərginin açılış mərasimində elm və təhsil nazirinin müavini İdris İsayev, Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Şahrux Daliyev, eləcə də digər rəsmi şəxslər BMU stendi ilə tanış olublar. Stendi ziyarət edənlərə universitetdə tədris olunan müasir ixtisaslar barədə məlumat verilib, həmçinin təqaüd proqramları və tələbə həyatı, əcnəbi tələbələr üçün yaradılan imkanlarla bağlı dolğun informasiyalar təqdim edilib.

Qeyd edək ki, Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının 13-cü iclasının protokolunda nəzərdə tutulan tapşırıqların icrası istiqamətində atılmış mühüm addımlardan biri olan sərgi mədəniyyətlərarası əlaqələri gücləndirmək, tələbə mübadiləsini təşviq etmək və ölkəmizdə təhsil alan xarici tələbələrin sayını artırmaq məqsədi daşıyıb.

1 /6

Şərhlər

Xəbər lenti

3 iyun, 20:25

BANM rektoru DAAD Regional Tbilisi ofisinin rəhbəri ilə görüşüb

3 iyun, 16:55

Fənn olimpiadaları: qısamüddətli uğur, ya inkişafa təkan? - ARAŞDIRMA

3 iyun, 16:46

AzMİU tələbələri III Respublika Olimpiadasında uğurla təmsil olunublar

3 iyun, 16:42

Laçında Uşaq İncəsənət Festivalının xüsusi zonası qurulub

3 iyun, 16:34

Tədqiqatçılar üçün "Elsevier" məlumat sessiyası təşkil olunub

3 iyun, 16:24

Şagirdlərimizə öz davranışlarımızla nümunə olmalıyıq – 46 ilin müəllimi

3 iyun, 16:01

MÜTDA-dan attestatların verilməsi ilə bağlı ÇAĞIRIŞ

3 iyun, 15:49

ADPU-nun Şamaxı filialında “Məzun Günü” keçirilib

3 iyun, 15:39

Məktəbli qız voleybolçular Vətənə qayıdıblar

3 iyun, 15:00

Onlar tətildə də dərslərin keçirilməsini istəyirlər – REPORTAJ

3 iyun, 14:53

Bu il 116 mindən çox şagird XI sinfi bitirir

3 iyun, 14:38

BMU tələbələri beynəlxalq çempionatda uğur qazanıblar

3 iyun, 14:34

Ali məktəbə qəbul olan kənd rayonları abituriyentlərinin sayı artıb

3 iyun, 14:21

BANM-də Elm və Təhsil Nazirliyinin nümayəndələri ilə görüş olub

3 iyun, 14:06

ADNSU-nun təşkilatçılığı beynəlxalq konfrans keçirilir

3 iyun, 14:00

İctimai Şuranın üzvləri ilə məktəb direktorları arasında görüş keçirilib

3 iyun, 14:00

Gənclər niyə elmdən uzaqlaşır? – gənc tədqiqatçı rəyi

3 iyun, 13:51

Elektron olan hər vasitə faydalı deyil

3 iyun, 13:35

Təbii fəlakət zamanı dəyən ziyan hesablanan məbləğdən dəfələrlə çox ola bilər – AÇIQLAMA

3 iyun, 13:17

NDU tələbəsi beynəlxalq müsabiqədə qızıl medala layiq görülüb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.