Bütün xəbərlər
1 iyun, 11:27

Böyük bir komanda ilə Qarabağa – Şuşaya yola düşdük. Şuşaya gedən avtobuslardan birinin sərnişinləri isə ancaq onlar idi – atalarının izi, ruhu o torpaqlarda olan şəhid övladları. 

Bu gün onların da Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 

Bu uşaqlar bilirlər ki, adlarını qürurla çəkdikləri ataları təkcə onları yox, bütün Azərbaycanı, yalnız  bu günümüzü deyil, həm də sabahımızı müdafiə ediblər. 

“Azərbaycan müəllimi” olaraq Şuşa şəhərində keçirilən “Şuşa – türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalını izləmək üçün gəlmiş şəhid övladlarını elə orada daha yaxından tanımaq üçün həmsöhbət olduq.

Festival çərçivəsində təşkil olunan konsert proqramında iştirak etmək üçün türk dövlətlərindən 300 nümayəndə, tanınmış mədəniyyət və incəsənət xadimləri, həmçinin tamaşaçı qismində iştirak edən 150-yə yaxın məktəbli və şəhid övladı Şuşaya gəlib.

İlk müsahibimiz ilə İsa bulağında tanış olduq. Quba şəhəri 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, şəhid kapitan Aqil Məlikovun qızı Xədicə Məlikli Şuşada sözlərlə anladılması mümkün olmayan duyğular yaşadığını qeyd edir:

“30 ildən sonra azad olunmuş bu torpaqlarda nəfəs almaq, gəzmək, gülmək çox böyük qürur və həyəcan yaradır. Bu zəfəri ölkə başçısı cənab İlham Əliyevin qətiyyəti, onun “dəmir yumruğu”, ordumuzun şücaəti və xalqımızın cəsarətinə görə qazanmışıq”.

Xədicə İsa bulağının suyundan içib, Şuşanın havasını içinə çəkən hər bir azərbaycanlının yaşaya biləcəyi hisslərdən qürurla danışırdı. Bu yeniyetmə qız əmindir ki, atası onun bu torpaqlarda böyük fəxrlə  gəzdiyini hiss edir:

“Bilirəm ki, atam məni görür. Onun izi olan bu yerlərdə olmaq mənim üçün əvəzolunmaz duyğular deməkdir. Atamla qürur duyuram”.

İsa bulağından ayrılandan sonra Cıdır düzündə Yusif ilə həmsöhbət olduq. Lənkəran şəhəri 7 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi, şəhid Taleh İsmayılovun oğlu Yusif İsmayılov deyir ki, övladlarını Cıdır düzünə gətirmək atasının arzusu idi:

“Atam müharibəyə gedərkən demişdi ki, sağ qayıtsam, birlikdə Şuşaya gedəcəyik. Bizə bir bayraq vermişdi və söyləmişdi ki, o bayrağı Şuşada dalğalandıracağıq. Amma ona qismət olmadı... Böyük qardaşımla birlikdə o bayrağı buraya gətirib dalğalandırdıq”, – dedi səsi titrəyən, gözləri isə sanki Cıdır düzünün əzəmətli mənzərəsinə zillənən Yusif.

O, gələcəkdə hərbçi olaraq atasının yolunu davam etdirmək istəyir.

Şuşanın simvoluna çevrilmiş qala qapısının qarşısında isə Bakı şəhəri XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin şagirdi Melisa Xəlilova ilə tanış olduq:

“Buraya gələrkən çox sevinirəm. Şəhidlərimizin sayəsində bu torpaqlardayıq. Onların qəhrəmanlığı sayəsində bu gözəl yerləri görə bilirik. Bu həm qürurvericidir, həm də duyğulandırır”, – deyə Melisa əlavə edib.

Şuşada həmsöhbət olduğumuz bu məktəblilər ölkəmizin müxtəlif regionlarından “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə festivalı izləmək üçün gəliblər. Birliyin rəhbəri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova qeyd edib ki, bugünkü festivalda Azərbaycanın müxtəlif bölgələrindən – Quba, Lənkəran, Beyləqan, Masallı, Sumqayıt və s. 20-yə yaxın şəhid övladı iştirak edir:

“Biz hər il bu festivala yeni iştirakçıları – müxtəlif regionlardan olan uşaqları dəvət etməyə çalışırıq. İnanırıq ki, bu cür tədbirlər onların həm emosional, həm də sosial inkişafına müsbət təsir edir və gələcəkdə özlərini cəmiyyətə daha inamlı şəkildə təqdim etmələrinə dəstək olur”.

Bu gün Şuşada atalarının əmanətinə sahib çıxan bu uşaqlar bizə bir daha göstərdilər ki, şəhidlik zirvəsi yalnız keçmişin qəhrəmanlıq salnaməsi deyil, həm də gələcəyin ilham mənbəyidir. Onlar təkcə yadigarlıq daşıyıcısı deyil, həm də bu torpaqlarda sülhün, qürurun və davamlılığın simvoluna çevriliblər. Şuşada onların baxışında gördüyümüz qətiyyət isə bizə bir həqiqəti xatırlatdı: Vətən yalnız canla deyil, ruhla da qorunur.

Gününüz mübarək, azad yurdun övladları!

Şərhlər

Xəbər lenti

26 iyun, 18:45

BŞTİ: Direktor və müavinin maşınının işçilər tərəfindən yuyulması araşdırılır

26 iyun, 13:21

Bakı Mühəndislik Universitetində “Məzun günü” keçirilib

26 iyun, 11:10

LDU-da “Məzun günü” keçirilib

26 iyun, 10:51

Sertifikasiyada neqativ hal: 7 müəllimin nəticəsi ləğv ediləcək

26 iyun, 10:47

Naxçıvan Hərbi Kolleci – Peşəkar orduya aparan zəfər yolu

26 iyun, 10:15

Sinifdə də, səngərdə də qəhrəman müəllim 

26 iyun, 09:11

BDU-da “Məzun günü” keçirilib

25 iyun, 20:54

Gözünü arı sancan kimya müəllimi: “Tək gözlə 55 bal topladım”

25 iyun, 19:00

İmtahana könüllü qatıldı – 56 bal topladı

25 iyun, 18:50

Nazir müavini: BDU 100 ildən artıqdır ki, insan kapitalının formalaşdırılması missiyasının öhdəsindən gəlir

25 iyun, 18:41

"Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat uzadılır

25 iyun, 18:20

Zəhmətin zirvəsi Müəllimlərin sertifikasiya sevinci

25 iyun, 18:04

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırılıblar

25 iyun, 18:00

50 dəqiqəyə maksimal bal topladı – İmtahandan uğurla keçənlər danışdı

25 iyun, 17:00

“Müəllim nə qədər savadlı olsa da, öz üzərində daim  işləməlidir” – Müəllimlərin fikirləri 

25 iyun, 16:30

Sertifikasiyadan keçən kimya müəllimləri: “Sualların 25-30-u çox sadə idi…”

25 iyun, 16:15

Çiçəkli qarşılama, ailə dəstəyi – İmtahanın sonuncu günü 

25 iyun, 16:12

“Qərbi Azərbaycana qayıdış” mövzusuna həsr olunmuş forum keçirilib

25 iyun, 16:01

Proses kifayət qədər şəffaf keçir – Orxan Məmmədli

25 iyun, 15:59

Media qurumlarının rəhbərləri və influenserlər sertifikatlaşdırma imtahanını izləyiblər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.