Bütün xəbərlər
1 iyun, 16:55

Bu gün Qarabağ Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” mövzusunda ilk elmi konfrans keçirilib. Tədbir Elm və Təhsil Nazirliyi və AMEA-nın birgə təşkilatçılığı ilə baş tutub.

“Azərbaycan müəllimi”nin məlumatına görə, konfransın açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış ediblər. Onlar yubileyin əhəmiyyətindən bəhs edib, Qarabağda elmi mühitin bərpası və inkişafı istiqamətində görülən işləri diqqətə çatdırıblar.

Tədbir çərçivəsində AMEA tərəfindən Qarabağ Universitetinin kitabxanasına 1000 nüsxə kitab hədiyyə olunub.

Konfransın elmi hissəsində AMEA-nın bir sıra institut rəhbərləri məruzələrlə çıxış ediblər. AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, professor Kərim Şükürov “Azərbaycan tarixində Qarabağnamələr və yeni dövrün Qarabağnaməsinin yaradılmasında Milli Elmlər Akademiyasının missiyası” mövzusunda çıxış edərək Qarabağnamə ənənəsinin elmi baxımdan davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev Qarabağ və Şərqi Zəngəzur ərazilərində aparılan arxeoloji tədqiqatların nəticələrindən danışıb.

Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli isə Qarabağda ermənilər tərəfindən saxtalaşdırılmış Azərbaycan toponimlərinin bərpa olunmasının elmi əsaslarını diqqətə çatdırıb.

Folklor İnstitutunun direktoru Hikmət Quliyev “Qarabağ folkloru: Böyük Qayıdış kontekstində folklor yaddaşının reaktuallaşdırılması” mövzusunda məruzə ilə çıxış edərək bölgənin zəngin folklor irsinin yenidən elmi dövriyyəyə daxil edilməsinin aktuallığını qeyd edib.

Bununla yanaşı, gün ərzində universitetdə paralel mühazirələr təşkil olunub. Filologiya, tarix, kimya, biologiya, informatika, fizika-energetika, fəlsəfə, sənətşünaslıq və ekologiya sahələrini əhatə edən mühazirələrdə ölkənin tanınmış alimləri çıxış ediblər.

Konfrans Qarabağda elmi həyatın canlanması və Böyük Qayıdış prosesində elmin strateji rolu baxımından mühüm əhəmiyyət daşıyıb.

1 /8

Şərhlər

Xəbər lenti

18 avqust, 15:59

Kitab oxumaq və mütaliə mədəniyyətini formalaşdırmaq məqsədilə müsabiqə elan olunur

18 avqust, 15:55

MDU-da Gənclər Forumu keçirilib

18 avqust, 15:46

Nazirlikdən "Məktəb avtobusları" ilə bağlı AÇIQLAMA

18 avqust, 15:27

18 sahə üzrə 52 nəfərə elmlər doktoru dərəcəsi verilib

18 avqust, 15:25

Naxçıvanda tədqiqatçılar üçün elmi konfrans keçiriləcək

18 avqust, 15:07

KAIST alimləri RNA vasitəsilə yaşlanmanı ləngidən mexanizmi aşkar ediblər

18 avqust, 14:33

Müəllimlik ixtisaslarının plan yerləri xeyli sayda azaldılıb – ARAŞDIRMA

18 avqust, 14:17

Vuhan Universitetində işıq texnologiyaları üzrə yeni elmi nailiyyət

18 avqust, 14:13

Kollecdən ali təhsilə açılan qapı: Təhsildə “subbakalavr” dövrü

18 avqust, 13:44

"Müəllimlər hazırlıqlı olanda məktəblər inkişaf edir, şagird nailiyyətləri artır" – Andreas Şleyxer

18 avqust, 13:01

Sabahın hava proqnozu açıqlanıb

18 avqust, 12:42

Xarici məktəblərdə süni intellekt inqilabı

18 avqust, 12:40

Süni intellekt saxta məqalələr yazır – koreyalı professor 

18 avqust, 12:24

Lənkəran-Astara regionunda 7 yeni məktəb binası tikilir 

18 avqust, 12:21

Məktəb rəhbərlərinin rolu rəqəmsal təhsildə getdikcə daha vacib olur – UNESCO hesabatı

18 avqust, 12:03

"Yenilənən məktəblər": Zaqatala rayonu O.Rəsulov adına Muğanlı kənd tam orta məktəbi – FOTOLAR

18 avqust, 11:29

DP çərçivəsində doktorantura təhsili alanların üstünlük verdiyi ixtisaslar – SİYAHI

18 avqust, 11:15

Region universitetlərində təhsilə təqaüdlə dəstək: Tələbələrə necə motivasiya verilir?

18 avqust, 10:29

Ali təhsil müəssisələrinə ixtisas seçimi yekunlaşır

18 avqust, 10:06

EATDA və “Elsevier” şirkətinin nümayəndələri arasında görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.