Bütün xəbərlər
1 iyun, 16:02

İyunun 1-də beşinci “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin İdarəetmə bacarıqları imtahanı başlayıb.

“Azərbaycan müəllimi”nə verilən məlumata görə, Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev bildirib ki, cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə keçirilən “Yüksəliş” müsabiqəsi qara qızılın insan kapitalına çevrilməsi istiqamətində atılmış əsas addımlardan biridir. Eyni zamanda, bu müsabiqə innovativ yanaşmalara əsaslanan, şəffaf və obyektiv seçim mexanizmi ilə ölkənin Kadr Bankının formalaşdırılmasına xidmət edən strateji addımdır.

İmtahan Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda 2 sessiya olmaqla keçirilir. İdarəetmə bacarıqları üzrə imtahanda analitik təhlil imtahanından uğurla keçən 1478 nəfər iştirak edib. Burada iştirakçılara 2 hissədən ibarət olmaqla situasiya mühakimə və emosional zəka testləri təqdim olunub. Sualları cavablandırmaq üçün iştirakçılara ümumilikdə 3 saat 45 dəqiqə vaxt ayrılıb.

“Yüksəliş” müsabiqəsinin beynəlxalq standartlara uyğun şəkildə təşkil olunmasının daha bir göstəricisi isə xaricdə yaşayan iştirakçılar üçün yaradılmış distant imtahan imkanıdır. Bu namizədlər üçün imtahan proktorinq üsulu ilə, onlayn formatda və iki sessiyada təşkil edilib. Hər bir iştirakçı şəxsiyyət vəsiqəsi ilə elektron qeydiyyatdan keçərək QR-kod vasitəsilə imtahan zalına daxil olub, bu isə imtahanın təhlükəsizlik və şəffaflıq səviyyəsini artıran əsas texnoloji yeniliklərdəndir.

Qeyd edək ki, müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları T-şkala ilə hesablanacaq. T-şkalası bir çox məşhur beynəlxalq imtahanlarda (TOEFL, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Nəticələrin hesablanmasında istifadə edilən bu üsul bütün dünyada ən qabaqcıl və ədalətli metod hesab olunur.

İdarəetmə bacarıqları imtahanının nəticələri imtahan bitdikdən sonra 5-7 iş günü ərzində iştirakçılara hesabat şəklində göndəriləcək.

Əyani mərhələni uğurla başa vuran iştirakçılar müsabiqənin yarımfinal mərhələsinə vəsiqə qazanacaq. Yarımfinal və final mərhələlərinin yekunlaşması ilə beşinci “Yüksəliş” müsabiqəsi başa çatacaq.

Xatırladaq ki, bu il “Yüksəliş” müsabiqəsinə rekord sayda müraciət daxil olaraq ümumilikdə 16553 namizəd qeydiyyatdan keçmişdir. Onlardan 7256 nəfər ümumi biliklər mərhələsini uğurla keçərək analitik təhlil imtahanında iştirak etmişdir. Növbəti addımda isə 1478 namizəd əyani mərhələnin son turu olan idarəetmə bacarıqları imtahanında iştirak hüququ qazanmışdır.

 

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən bir illik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

1 /2

Şərhlər

Xəbər lenti

2 iyun, 21:32

Naxçıvanın voleybol komandası ölkə çempionu oldu

2 iyun, 20:13

Qlobal təhsil tərəfdaşlığının 2024-cü il üzrə illik hesabatı

2 iyun, 18:53

Agentik süni intellektin işçi qüvvəsinin transformasiyasına təsiri

2 iyun, 18:37

Yeni cırtdan planet kəşf edilib

2 iyun, 17:51

Litvada keyfiyyətli peşə və ali təhsilin təmin edilməsi

2 iyun, 17:33

"Əmək bazarı və sənaye 4.0 çağırışları" mövzusunda “dəyirmi masa” keçirilib

2 iyun, 17:31

NDU Tələbə Teatr Studiyası “Pillə 3” Tələbə Tamaşaları Festivalında iştirak edib

2 iyun, 17:29

Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək

2 iyun, 17:10

VII Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam müsabiqəsi elan edilir

2 iyun, 17:09

Qarabağ Universiteti: dirçəlişin akademik zəmini

2 iyun, 16:59

Tibb Universiteti Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edəcək

2 iyun, 16:45

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

2 iyun, 16:32

BSU ilk dəfə "Round University Ranking"də yer alıb

2 iyun, 16:28

Peşə təhsili üzrə milli bacarıq yarışına qeydiyyat başlayıb

2 iyun, 16:00

BANM-də "Elm və təhsilə birgə baxış" layihəsi çərçivəsində görüş keçirilib

2 iyun, 15:42

Bərdədə şagird məktəbin 3-cü mərtəbəsindən yıxılıb

2 iyun, 15:09

Naxçıvanın təhsil naziri tələbələrlə görüşüb

2 iyun, 14:57

BMU Daşkənddə “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub

2 iyun, 14:45

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi şagird qəbulu elan edir

2 iyun, 14:30

MDU tarixində ilk dəfə imtahanlar mərkəzləşdirilmiş qaydada aparılır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.