Bütün xəbərlər
1 iyun, 15:57

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şuşa şəhərində “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, millət vəkilləri, elm və təhsil ictimaiyyətinin nümayəndələri, həmçinin tanınmış mədəniyyət və incəsənət xadimləri, məktəblilər, şəhid övladları iştirak ediblər.

Festivalda türkdilli ölkələrdən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası, həmçinin müşahidəçi statusunda olan Macarıstandan uşaqlar iştirak ediblər. Məqsəd türkdilli ölkələrdən olan uşaqlar arasında dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərini möhkəmləndirmək, uşaqlara öz ölkələrinin tarixini və mədəniyyətini layiqincə təmsil etmək imkanı yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini tanıtmaqdan ibarət olub.

Festivalın rəsmi açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca müxtəlif ölkələri təmsil edən uşaq kollektivlərinin rəngarəng rəqs və musiqi nömrələri təqdim olunub. Tədbirdə Azərbaycanı təmsil edən “Təbəssüm”, “Azəri inciləri”, “SƏNƏT” və digər yaradıcı kollektivlərlə yanaşı, Türkiyənin “Derin Sanat” və “Aydın Aydans”, Qazaxıstanın “Munara”, Özbəkistanın “Turon”, Qırğızıstanın “Jıldız”, Şimali Kiprin “Yedidalğa” və Macarıstanın “Csepp-Csepel” ansamblları da səhnədəki maraqlı çıxışları ilə yadda qalıblar.

Festival çərçivəsində təşkil olunan konsert proqramına qatılmaq üçün türk dövlətlərinin bədii kollektivlərindən ibarət 300 nümayəndə, tanınmış mədəniyyət və incəsənət xadimləri, həmçinin tamaşaçı qismində iştirak edən 150-yə yaxın məktəbli və şəhid övladı Şuşaya gəlib. Bu fakt özü-özlüyündə tədbirin miqyasını və əhəmiyyətini bir daha nümayiş etdirir.

Şuşa şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən ifa edilən “Şuşanın dağları” musiqisi, Nilay Quluzadənin səsləndirdiyi “Qarabağ” mahnısı və festivalın yekununda təqdim olunan “Türksoy” kompozisiyası tamaşaçılara unudulmaz anlar yaşadıb. Uşaqların səmimi ifaları və səhnədəki sərbəstliyi tədbir iştirakçılarında dərin təəssürat yaradıb.

Bundan əlavə, festival çərçivəsində Azərbaycanın musiqi tarixində mühüm yer tutan, böyük bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə də xüsusi yer ayrılıb. Onun zəngin sənət irsi, yaratdığı musiqi məktəbinin bu gün də davam etdirilməsi və gənc nəslin tərbiyəsindəki əhəmiyyəti tədbir zamanı vurğulanıb. Uşaqların ifasında səslənən milli musiqilər, həmçinin Üzeyir Hacıbəyli yaradıcılığına həsr olunan təqdimatlar bir daha göstərdi ki, Azərbaycan musiqisi gələcək nəsillər tərəfindən yaşadılacaq və qorunacaq.

Qeyd edək ki, beynəlxalq festival çərçivəsində iştirakçılar Azərbaycanın müxtəlif guşələrinə ekskursiyalar edib, ölkənin zəngin təbiəti, tarixi-memarlıq abidələri və aparılan genişmiqyaslı quruculuq işləri ilə yaxından tanış olublar. 

Şuşada uşaq səslərinin eşidilməsi, onların səhnədə sərbəst və yaradıcı çıxış etməsi bu torpaqlara həyatın və gələcəyin qayıtdığının parlaq sübutudur. Uşaqların gülüşü, sənətə olan maraqları və öz mədəniyyətlərini nümayiş etdirmək arzusu Şuşanın mədəni həyatına yeni nəfəs gətirib.

Belə tədbirlər vasitəsilə həm uşaqlar arasında dostluq körpüləri qurulur, həm də mədəniyyətlərin qarşılıqlı tanıdılması və gələcək əməkdaşlıqlar üçün zəmin yaradılır. Şuşanın növbəti illərdə də bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməsi arzusu ilə festival başa çatıb.

1 /24

Şərhlər

Xəbər lenti

2 iyun, 21:32

Naxçıvanın voleybol komandası ölkə çempionu oldu

2 iyun, 20:13

Qlobal təhsil tərəfdaşlığının 2024-cü il üzrə illik hesabatı

2 iyun, 18:53

Agentik süni intellektin işçi qüvvəsinin transformasiyasına təsiri

2 iyun, 18:37

Yeni cırtdan planet kəşf edilib

2 iyun, 17:51

Litvada keyfiyyətli peşə və ali təhsilin təmin edilməsi

2 iyun, 17:33

"Əmək bazarı və sənaye 4.0 çağırışları" mövzusunda “dəyirmi masa” keçirilib

2 iyun, 17:31

NDU Tələbə Teatr Studiyası “Pillə 3” Tələbə Tamaşaları Festivalında iştirak edib

2 iyun, 17:29

Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək

2 iyun, 17:10

VII Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam müsabiqəsi elan edilir

2 iyun, 17:09

Qarabağ Universiteti: dirçəlişin akademik zəmini

2 iyun, 16:59

Tibb Universiteti Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edəcək

2 iyun, 16:45

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

2 iyun, 16:32

BSU ilk dəfə "Round University Ranking"də yer alıb

2 iyun, 16:28

Peşə təhsili üzrə milli bacarıq yarışına qeydiyyat başlayıb

2 iyun, 16:00

BANM-də "Elm və təhsilə birgə baxış" layihəsi çərçivəsində görüş keçirilib

2 iyun, 15:42

Bərdədə şagird məktəbin 3-cü mərtəbəsindən yıxılıb

2 iyun, 15:09

Naxçıvanın təhsil naziri tələbələrlə görüşüb

2 iyun, 14:57

BMU Daşkənddə “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub

2 iyun, 14:45

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi şagird qəbulu elan edir

2 iyun, 14:30

MDU tarixində ilk dəfə imtahanlar mərkəzləşdirilmiş qaydada aparılır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.