
Fevralın 28-də Qazaxıstanın Ş.Yesenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin professorları - Akkenje Busurmanova və Murşida Aimova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) elmi-tədqiqat səfəri çərçivəsində rektor, dosent Rüfət Əzizovla görüşüblər.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, ADNSU-nun İstehsalat təcrübəsi bölməsinin müdiri Səbinə Əliyevanın da iştirak etdiyi görüşdə mühəndis profilli iki ali təhsil müəssisəsinin əməkdaşlıq əlaqələrinin inkişafından, o cümlədən ortaq elmi layihələrin işlənməsindən, tələbə-müəllim mübadiləsindən və beynəlxalq təcrübə proqramlarının mənimsənilməsindən bəhs olunub.
Universitetlə ətraflı tanış olan qonaqlar görüş zamanı ADNSU-nun elmi-tədqiqat potensialının yüksək olduğunu bildiriblər və əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər. Onlar neft-qaz, geologiya, neft-kimya mühəndisliyi və digər tətbiqi elmlər istiqamətində birlikdə icra olunacaq layihələrin uğurlu olacağına əminliklərini bildiriblər.
ADNSU-nun rektoru, dosent Rüfət Əzizov universitet olaraq Qazaxıstan ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduğunu və uğurlu nəticə üçün mümkün dəstəyin əsirgənilməyəcəyini bildirib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər