
Sabirabad şəhəri Mikayıl Müşfiq adına 4 nömrəli tam orta məktəbdə yaradıcılıq, elmi-tədqiqat işlərinə meyil və marağı olan, potensial imkanları ilə fərqlənən şagirdlərdən ibarət “Kiçik Akademiya” yaradılıb.
Bu barədə "Azərbaycan müəllimi"nə Mil-Muğan Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, müxtəlif elmi istiqamətlər üzrə formalaşan “Kiçik Akademiya”nın Azərbaycan dili və ədəbiyyat fənninə həsr olunmuş iclası keçirilib. İclasda “Kiçik Akademiya”nın üzvü olan müəllimlərin şagirdlərə verdikləri tapşırıqların həll yolları müzakirə olunub.
"Kiçik Akademiya"da şagirdlərin fənn müəllimləri ilə görüşləri təşkil edilir. Bu şagirdlərin elmi yaradıcılığa marağını artırır, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirir.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər