
Ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümündə II dövrənin ilk oyunları keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, liqanın A qrupunda mübarizə aparan Azərbaycan İdman Akademiyası və Bakı Mühəndislik Universitetinin komandalarının qarşılaşması olub. Oyun Azərbaycan İdman Akademiyasının komandasının 5:0 qələbəsi ilə bitib. Daha sonra keçirilən oyunlarda Bakı Dövlət Universiteti - Azərbaycan Dövlət İqtisad Universiteti 4:0, Azərbaycan Texniki Universiteti - Azərbaycan Memarlıq və İnşaat Universiteti heç-heçə başa çatıb.
Liqanın B qrupunda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Azərbaycan Kooperasiya Universitetini 5:0, Azərbaycan Tibb Universiteti Azərbaycan Dövlət Pedaqoji Universitetini 3:0, Milli Aviasiya Akademiyası Bakı Slavyan Universitetini 8:0 hesabla məğlub edib.
Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.
Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliğ edilməsi, onlar arasında perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarətdir.
Azərbaycan Texniki Universitetinin idman kompleksində 12 ali təhsil müəssisəsinin komandalarının mübarizə apardığı yarışa 2025-ci ilin may ayında yekun vurulacaq.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər