Bütün xəbərlər
3 mart, 11:30

İnformasiya axının sürətləndiyi müasir dövrdə təhsil sistemi qlobal çağırışlara uyğun yeni istiqamətləri müəyyən edir.

Gəlin nəsillər intervalını nəzərdən keçirək. “Z” nəslinin xarakterindəki bəzi çatışmazlıqlar öz əksini davranışlarında da öz əksini tapır. Yalnızlıq, ətrafında olanlara qarşı biganəlik və s. bu kimi xüsusiyyətlər onların bəzən idarə olunmasında problem yaşadır. Pedaqoq və psixoloqlar həyəcan təbili çalır. Bəs nə etməli? 

Düşünürəm ki, müəllim istər XIX əsr olsun, istərsə də XXI əsr - öz dövrünün müəllimi olmalıdır. O dövrdə Mirzə Cəlil xalqının milli oyanışını, təhsilini təbliğ edirdi, bu dövrün müəllimi də şagirdləri milli mənəvi dəyərlərə bağlı cəmiyyətə, xalqa, dövlətə yararlı bir insan kimi formalaşdırır. Dövlətin təhsil siyasəti bütün bu maraqları əhatə etdiyindən biz rəhbər işçilər də ehtiyac və çatışmazlıqları daim müşahidə edib onların aradan qaldırılması üçün alternativ yollar axtarırıq.

Yenilik hər zaman uğura aparan yolun ilk pilləsidir. Ötən tədris ilində “Şagird davranış qaydaları” haqqında pilot layihəyə başlanıldı. Sevindirici də o oldu ki, rəhbərlik etdiyim təhsil müəssisəsi də pilot məktəb olaraq seçildi. Layihə ilə tanışlıqdan sonra onu özümüzünküləşdirmək lazım olduğunu düşündüm. Çünki hər işə yaradıcılıq qatmaq lazımdır ki, o iş sənin imzanla tanınsın.

Hər məktəbdə olduğu kimi, bizim məktəbdə də şagirdlərimizin davranışlarında müəyyən problemlər müşahidə edilirdi. Bunun həlli yollarını tapmaq üçün davranış qaydalarına bir neçə əlavələr etdik: İlk olaraq məktəbdə “Səssizlik həftəsi” elan etdik. Öncədən qapılara susqunluk smaylikləri yapışdırdıq. Bu, şagirdlərimizin işə motivə olunmasına köməklik etdi. Bu zaman cəza və rəğbətlənməni fərdi deyil, sinif üzərində apardıq. Yəni qayda pozuntusu edən hər hansı şagirdə deyil, onun sinfinə verilirdi və ya əksinə bütün qaydalara riayət edən sinif yaşıl kartla rəğbətlənirdi. Qaydaya görə, sinif şagirdləri dəhlizlərdə səs salmamalı, bir-birilərinə qarşı nəzakətli olmalı idi. Əgər hər hansı yanlışlıq olardısa, ümumi sinif sarı kartla qiymətləndirilirdi. Bu zaman şagirdlər bir -birilərinə təsir edir, heç bir sinif bir şagirdə görə sarı kart almaq istəmir, özləri özlərini tərbiyə edir, yaxşı olmaları üçün çalışırdılar. Bu, o qədər gözəl effekt verdi ki, ən çətin tərbiyə olunan şagirdimiz belə alicənab fərdə çevrilmişdi. İndi dəhlizlərimiz sakit, nizamlı şagirdlərimiz mədəni və təmkinlidirlər. Bunları mütəmadi eləməyə də ehtiyac yoxdur. Çünki 2 həftədən sonra artıq şagirdlərdə vərdiş halını alır və bu kimi problemin çözüldüyünü görürsən.

Bu qaydaların işə yaradığını gördükdən sonra bunu bir az da təkmilləşdirdik. İndi məktəbimizdə yaşıl və sarı kart hər həftə aşağıda qeyd etdiyim şərtlərə görə siniflərə verilir:

* dərsə gecikməyən;

* məktəbli formasına daim riayət edən;

* sinfini və dəhlizlərini təmiz saxlayan;

* həftə boyu davamiyyəti müntəzəm olan.

10 yaşıl kart toplayan siniflərə sinif rəhbəri və müdiriyyət tərəfindən xüsusi ekskursiya nəzərdə tutulur. Hətta əlaçıların sayında artım olacağı təqdirdə sarı kartların silinməsi haqda da şagirdlərə məlumat verilib. Düşünürəm ki, istənilən bir şeyə yaradıcı nələrsə qatsaq, onu həm maraqlı, həm də əyləncəli hala gətirər, nizam-intizam yaratmış olarıq.

Dövrün şagirdləri ilə dil tapmaq, onların davranışlarındakı pozuntuları aradan qaldırmaq, doğrudan da asan məsələ deyil. Səbəbləri bilmədən də məsələni həll etmək, təbii ki, absurddur. Onlar arasında münasibəti müəyyənləşdirmək bizim qarşımızda prioritet məsələlərdəndir. Bunun üçün məktəbimizdə “Sorğu qutusu” hazırladıq. Qutunun üzərində - “Səni narahat edən nədir?”, “Kim səni təsir altına alır?” kimi suallar qoyub onlardan cavablar aldıq. Bəzən elə şagirdlərin adları qeyd olunurdu ki, inanmırdıq. “Axı o bizim ən güvənilən, bacarıqlı şagirdimizdir”, - deyib kimlərisə günahlandırırdıq. Ancaq deyilənlər bizi birbaşa ünvana aparırdı. Beləliklə, bəzən inandıqlarımızla, inanmaq istədiklərimiz arasında fərq olduğunu anladıq. Bu da şagirdlərarası münasibətlərin düzgün qurulmasına, sağlam mühitin yaranmasına zəmin yaratdı və problemlərin kökünü tapmaqda köməklik göstərdi. Düşünürük ki, bu tip anonim sorğuları mütəmadi etmək faydalıdır.

Təcrübə ən gözəl vasitədir ki, nə baş verdiyini və verəcəyini anlayasan. Səhvlərini bilib dərhal düzəliş etdiyini də müəyyənləşdirəsən və səhvlərdən qorxmayasan. Bax, o zaman daim uğura öz imzanı atacaqsan .

Məncə, təhsil sahəsində “Şagird davranış qaydaları” uğurlu bir layihədir. Bu, respublikanın bütün məktəblərində   davamlı tətbiq olunarsa, nəticənin mükəmməlliyini hamı görə biləcək.

Elnurə KAZIMOVA,
Beyləqan rayon Birinci Şahsevən kənd Gəray Əsədov adına 1 nömrəli tam orta məktəbin direktoru

Şərhlər

Xəbər lenti

3 mart, 20:48

Səs yazısı yayılan direktor işdən ÇIXARILDI

3 mart, 19:13

Gələcəyin müəllimləri ilə söhbət 

3 mart, 17:55

Nazirliyi məhkəməyə verən valideynlərin iddiası təmin edilməyib

3 mart, 17:44

"Firidun bəy Köçərli" mükafatının təqdimatı olub

3 mart, 16:53

Sertifikatlaşdırma ilə bağlı görüşlərə start verilib

3 mart, 16:49

“Gənclərin peşə bələdçisi” layihəsinə başlanılır

3 mart, 16:44

“Müəllimi “Whatsapp” qrupundan çıxarıb pul yığırıq” – 8 Marta “hazırlıq”

3 mart, 16:42

DİM və “YAŞAT” Fondu arasında memorandum imzalanıb

3 mart, 15:29

AzMİU ilə Porto Universiteti arasında zəlzələ mühəndisliyi sahəsində əməkdaşlıq müzakirə olunub

3 mart, 15:24

Bəzən universitetlər imkanlarını nəzərə almadan daha çox tələbə qəbul etməyə çalışır - ARAŞDIRMA

3 mart, 15:20

Agentlik 8 Martla bağlı çağırış etdi

3 mart, 15:04

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

3 mart, 14:50

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə sənəd qəbulu başlayır

3 mart, 14:33

Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılır

3 mart, 14:17

Universitetlərdə rektorun fəaliyyətinin təşkili məsələlərini tənzimləyən əsasnamə təsdiqlənib

3 mart, 14:12

Qazaxıstanın nümayəndə heyəti ADNSU-nun rektoru ilə görüşüb

3 mart, 14:02

Bu universitetə yeni prorektor təyin edildi

3 mart, 13:23

ADPU-nun Quba filialında görüşdə tələbələrin anonim şikayətləri oxunub

3 mart, 13:22

Möcüzə uşaq – 12 yaşlı paytaxt məktəblisinin qeyri-adi istedadı

3 mart, 13:21

Qazaxıstanlı professorlar ADNSU-nun rektoru ilə görüşüblər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.