
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və "3 sual" intellektual oyunlar platformasının birgə təşkilatçılığı ilə keçirilən "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə Universitetlərarası Azərbaycan Çempionatının seçim turu uğurla baş tutub.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, seçim turunda ADPU-nun müxtəlif fakültələrində təhsil alan tələbələrdən ibarət komandalar biliklərini sınayaraq, çempionatın final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparıblar. Gərgin və maraqlı keçən oyunun nəticələrinə görə “Heksagon” komandası birinci, “Bosses” komandası ikinci, “Two W Two” komandası isə üçüncü yerin sahibi olub. Seçim mərhələsini uğurla başa vuran komandalar Azərbaycan Çempionatının final mərhələsində universiteti təmsil etmək hüququ əldə ediblər.
Qeyd edək ki, Pedaqoji Universitetdə tələbələrin dünyagörüşü və intellektual inkişafının təmin edilməsi, sosial aktivliyinin artırılması məqsədilə həftəsonları mütəmadi olaraq bu tip layihə və tədbirlər təşkil edilir.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər