Bütün xəbərlər
2 mart, 17:07

Martın 2-də işğaldan azad olunmuş Ağdərə, Şuşa, Laçın, Xankəndi və Xocalı rayonlarında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Xankəndi, Şuşa və Xocalı rayonlarında, həmçinin Laçın rayonunun Sus kəndində ilk dəfə olaraq buraxılış imtahanları təşkil edilib. 

"Azərbaycan müəllimi" DİM-ə istinadən xəbər verir ki, imtahanda Xankəndi şəhəri 4 nömrəli  tam orta məktəbin 14, Xocalı şəhəri 1 nömrəli tam orta məktəbin 4, Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin  8, Laçın rayonu Sus kənd tam orta məktəbinin isə 3 şagirdi buraxılış imtahanında iştirak edib.

Əlavə olaraq Laçın rayonu 2 nömrəli tam orta məktəbində 9 , Laçın rayonu Zabux kənd tam orta məktəbində 3, Ağdərə rayonu Talış kənd tam orta məktəbində 4 şagird üçün buraxılış imtahanları keçirilib. Bu məktəblərdə buraxılış imtahanları ikinci dəfə təşkil edilir.

İşğaldan azad olunan rayonlar üzrə buraxılış imtahanları  7 binada təşkil olunub. İmtahanın idarə olunmasına 7 bina nümayəndəsi və 7 imtahan rəhbəri  cəlb olunub.
İşğaldan azad olunmuş rayonlardakı imtahanlarda ümumilikdə 45 şagirdin iştirakı nəzərdə tutulmuşdu.

Qeyd edək ki, işğaldan azad olunan Zəngilan rayon Ağalı kənd tam orta məktəbində, Füzuli şəhər M.Uluqbəy adında 1 nömrəli tam orta məktəbində və (Cəbrayıl şəhər M. Mehdizadə adına şəhər tam orta məktəbində ilk dəfə) 09.03.2025-ci il tarixində buraxılış imtahanları keçiriləcək.

İmtahan binalarına Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən əvvəlcədən baxış keçirilmiş və lazımı hazırlıqlar görülüb. İmtahandan 1 gün əvvəl imtahan binalarına DİM əməkdaşları tərəfindən  yenidən baxış keçiriləcək.

Şərhlər

Xəbər lenti

11 iyul, 21:38

“Xankəndidə işləmək istəyirəm” – MİQ imtahanından yüksək bal toplayan müəllim

11 iyul, 19:52

Gənclərə fotoqrafiya üzrə təlim kursu keçirilir

11 iyul, 17:21

Lənkəran məktəbindən böyük uğur: Bir sinifdən 9 qırmızı attestat

11 iyul, 17:02

“MİQ məktəblərdə yüksək bilikli kollektiv formalaşdırır” – İmtahandan uğurla keçən müəllim

11 iyul, 16:59

Məktəblərdə riyaziyyatın öyrədilməsi metodikası

11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.