Bütün xəbərlər
11 oktyabr, 13:48

“Layihə çərçivəsində təhsil işçilərinə özəl “Push30”un “Standart” və “Plus” abunəliklərinə xüsusi güzəştlər təqdim edilir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri "Push30" şirkətinin baş icraçı direktoru Adil Qasımov Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və “Push30” – Pilot layihəsinin təqdimat mərasimində çıxış edərkən deyib.

O bildirib ki, bu layihədə əsas məqsəd elm və təhsil işçiləri arasında sağlam həyat tərzini təşviq etməkdir:

"İlk növbədə, bu təşəbbüsə göstərdikləri dəstəyə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına dərin təşəkkürümü bildirirəm. Bu layihədə əsas məqsədimiz elm və təhsil işçiləri arasında sağlam həyat tərzini təşviq etmək, onların gündəlik həyatına balans və enerji gətirməkdir. Çünki biz inanırıq ki, sağlam müəllim sağlam gələcəyin qurucusudur. Və bu əməkdaşlıq sadəcə bir layihə deyil sağlam gələcəyin başlanğıcıdır. Eyni zamanda əminəm ki, bu təşəbbüs gələcəkdə digər peşə sahibləri üçün də bir nümunəyə çevriləcək. Bu layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edir, gələcəkdə də birgə uğurlu əməkdaşlıqlar arzulayıram".

Adil Qasımovun sözlərinə görə, layihə çərçivəsində təhsil işçilərinə özəl “Push30”un “Standart” və “Plus” abunəliklərinə xüsusi güzəştlər təqdim edilir.

“Biz bundan sonra da təhsil işçilərinin sağlam gələcəyi naminə atılan addımları dəstəkləməyə davam edəcəyik. Bu gün müəllimlər üçün təşkil etdiyimiz “Sağlam müəllim – sağlam gələcəyin qurucusu” tədbirini həm də ”World Mental Health Day" ruhunda keçiririk. Çünki emosional sağlamlıq bədən sağlamlığı ilə bir yerdə formalaşır. “Push30” olaraq məqsədimiz təkcə idman deyil həm də daxili balansı, enerji və motivasiyanı bərpa edən bir həyat tərzini təşviq etməkdir. Çünki sağlam bədən və sağlam düşüncə bir yerdə formalaşır", - deyə o fikrini tamamlayıb.

Şərhlər

Xəbər lenti

11 oktyabr, 16:32

BANM tələbəsinin elmi məqaləsi beynəlxalq jurnalda dərc olunub

11 oktyabr, 15:32

“Uzay Kampı Türkiye”nin nümayəndələri STEAM İnnovasiya Mərkəzində olublar

11 oktyabr, 13:31

ETİHİ və “Push30”un birgə layihəsindən tələbələr də yararlana biləcəklər - Sədr müavini

11 oktyabr, 13:26

ETİHİ və “Push30” – Pilot layihəsinin təqdimat mərasimi keçirilir

11 oktyabr, 12:58

11 Oktyabr Beynəlxalq Qızlar Günüdür

11 oktyabr, 12:53

1000 nəfərdən çox təhsil işçisi bu layihəyə müraciət edib - İcraçı direktor 

11 oktyabr, 10:24

Gənc idmançımız Avropa çempionatında uğur qazanıb

11 oktyabr, 09:12

TİF qızların təhsilinə dəstək məqsədilə 336 nəfərə təqaüd verib

10 oktyabr, 18:00

ADNSU tələbəsi Beynəlxalq Gənclər Forumunda ölkəmizi təmsil edib

10 oktyabr, 17:56

“Dünya Psixi Sağlamlıq Günü”nə həsr olunmuş təlim keçirilib

10 oktyabr, 17:49

Bağçalara növbəyə yazılma prosesi davam edir

10 oktyabr, 17:48

BSU “Birgə və Sağlam” İctimai Birliyi ilə əməkdaşlığını genişləndirir

10 oktyabr, 17:13

ADNSU-da “Qraf entropiyası və şəbəkə strukturları” mövzusunda seminar keçirilib

10 oktyabr, 17:09

BMU ilə Malayziya universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

10 oktyabr, 16:50

Naxçıvan məktəblərində psixoloq vəzifəsinə işə qəbul başlayır

10 oktyabr, 16:45

Bakı məktəbliləri arasında aşkarlanan xəstəliklər – Yeni statistika

10 oktyabr, 16:37

4 günlük dərs rejimi: Bu model tələbələr üçün daha effektivdirmi?

10 oktyabr, 16:19

BANM loqo müsabiqəsi elan edir

10 oktyabr, 15:48

NDU-da dərs deyən əcnəbi alimlərin sayı rekord həddə çatıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.