
Oktyabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən UFAZ-da “Qraf entropiyası və şəbəkə strukturları” mövzusunda seminar keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, mühazirəçi Türker Bıyıkoğlu “Qraf entropiyası, dərəcə assortativliyi və şəbəkələrdə iyerarxik strukturlar” mövzusunda çıxış edərək mürəkkəb şəbəkələrin müxtəlif deskriptorları arasındakı əlaqələr və onların şəbəkələrin funksiyası ilə bağlılığı barədə geniş məlumat verib.
Mühazirədə entropiya nizamsızlıq və mürəkkəbliyi kəmiyyətcə ifadə edən fundamental anlayış kimi təqdim edilib və qonşuluq matrisinin spektral radiusu ilə sıx əlaqəsi müzakirə olunub. Digər əsas məqam isə Randić indeksinin tətbiqi olub. Bu indeks ilk dəfə kimya sahəsində istifadə olunub və qraf entropiyasına aşağı sərhəd verir.
Seminarın sonunda kompüter elmlərində iyerarxik strukturların əsas nümunəsi kimi dərəcələrin azalan qaydada genişlik üzrə axtarış sıralaması təqdim olunub. Bu, sözügedən anlayışların maksimallaşdırılmasını xarakterizə edir.
Qeyd edək ki, ADNSU Riyaziyyat Tədqiqat Mərkəzi fəaliyyətə yeni başlayıb. Mərkəzin proqramı çərçivəsində tanınmış riyaziyyatçılar universitetə mütəmadi olaraq dəvət olunacaq və seminarlarla yanaşı təlimlər də təşkil ediləcək.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər