
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Davamlı inkişafın idarəedilməsi” ixtisası üzrə təhsil alan tələbələri üçün növbəti karyera yönümlü master-klas keçirilib.
AzMİU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, universitetin Təcrübə və Karyera Mərkəzi ilə Sənayenin təşkili və idarəedilməsi kafedrasının birgə əməkdaşlığı çərçivəsində reallaşan tədbir “Ekoloji təhlükəsizlik və regionların davamlılığı” mövzusuna həsr olunub.
Yaşıl layihələndirmə və iqlim dəyişmələri üzrə ekspert, “ESDGoals” MMC-nin təsisçisi və direktoru Elmir Məmmədli tərəfindən aparılan interaktiv sessiyada ekoloji problemlərin sosial-iqtisadi inkişafa təsiri, iqlim dəyişmələrinin idarə olunmasında innovativ yanaşmalar, regionların davamlı inkişaf modeli, yaşıl enerji və dövri iqtisadiyyat prinsiplərinin tətbiqi kimi aktual mövzular ətrafında müzakirələr aparılıb.
Ekspert tələbələrlə öz təcrübəsini bölüşərək beynəlxalq layihələrdən maraqlı nümunələr təqdim edib, ekoloji təhlükəsizlik sahəsində düzgün idarəetmə strategiyalarının müasir dünyanın tələbləri baxımından əhəmiyyətini vurğulayıb.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər