Bütün xəbərlər
10 oktyabr, 17:09

Bakı Mühəndislik Universiteti (BMU) ilə Malayziyanın Multimedia Universiteti (MMU) arasında onlayn görüş keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül universitetin qlobal təhsil məkanında mövqeyini daha da gücləndirmək yönündə fəal iş apardığını önə çəkib. 

Bildirib ki, universitetin xarici tərəfdaşlarla qurduğu əməkdaşlıq əlaqələri tədrisin keyfiyyətinin artırılmasına, elmi-tədqiqat fəaliyyətinin beynəlmiləlləşməsinə və tələbələrin qlobal təcrübədən faydalanmasına əlverişli şərait yaradır. Multimedia Universiteti ilə də təməli qoyulan əməkdaşlıq əlaqələri bu istiqamətdə atılan addımlardan biridir və gələcəkdə birgə layihələrin, müxtəlif proqramların icrasına imkan yaradacaq.

MMU nümayəndələri Thong Li Vah, Tan Yi Fei və Nurleyna Vafa isə öz çıxışlarında BMU ilə əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirib, iki universitet arasında tələbə və müəllim mübadiləsi, eləcə də birgə tədqiqat layihələrinin həyata keçirilməsinin təhsilin keyfiyyətinə və beynəlxalq təcrübə mübadiləsinə töhfə verəcəyini dilə gətiriblər.

Tərəflər mühəndislik və informasiya texnologiyaları ixtisaslarında ikili diplom proqramlarının yaradılması, tələbə və müəllim mübadiləsi üzrə imkanların araşdırılması, elmi tədqiqat layihələrinin həyata keçirilməsi, magistr və doktorantura səviyyələrində əməkdaşlıq kimi məsələləri müzakirə ediblər.

Görüş zamanı habelə universitetlərin təqdimatı aparılıb, yaxın vaxtlarda BMU və MMU nümayəndələrinin qarşılıqlı səfərinin təşkili ilə bağlı ilkin razılıq əldə olunub.

Sonda hər iki tərəf əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə edib. 

Şərhlər

Xəbər lenti

10 oktyabr, 18:00

ADNSU tələbəsi Beynəlxalq Gənclər Forumunda ölkəmizi təmsil edib

10 oktyabr, 17:56

“Dünya Psixi Sağlamlıq Günü”nə həsr olunmuş təlim keçirilib

10 oktyabr, 17:49

Bağçalara növbəyə yazılma prosesi davam edir

10 oktyabr, 17:48

BSU “Birgə və Sağlam” İctimai Birliyi ilə əməkdaşlığını genişləndirir

10 oktyabr, 17:13

ADNSU-da “Qraf entropiyası və şəbəkə strukturları” mövzusunda seminar keçirilib

10 oktyabr, 16:50

Naxçıvan məktəblərində psixoloq vəzifəsinə işə qəbul başlayır

10 oktyabr, 16:45

Bakı məktəbliləri arasında aşkarlanan xəstəliklər – Yeni statistika

10 oktyabr, 16:37

4 günlük dərs rejimi: Bu model tələbələr üçün daha effektivdirmi?

10 oktyabr, 16:19

BANM loqo müsabiqəsi elan edir

10 oktyabr, 15:48

NDU-da dərs deyən əcnəbi alimlərin sayı rekord həddə çatıb

10 oktyabr, 15:27

Maksimum nəticə göstərən müəllim: Heç vaxt “hər şeyi bilirəm” deməmişəm

10 oktyabr, 14:37

Məktəblərdə iqlim savadlılığını necə artıraq?

10 oktyabr, 14:11

BANM-də “Dayanıqlı İnkişaf Həftəsi” keçirilib

10 oktyabr, 14:03

AzMİU-da ekoloji təhlükəsizliklə bağlı master-klas təşkil olunub

10 oktyabr, 13:20

“Məqsədim ancaq qələbə çalmaq idi” – MDB Oyunlarının medalçısı

10 oktyabr, 13:11

Sülh üzrə Nobel laureatının adı açıqlandı

10 oktyabr, 12:48

Daha 584 tələbə dövlət sifarişi ilə təhsil alacaq

10 oktyabr, 12:41

Türkiyəli mütəxəssislər peşə mərkəzində təlimlər keçirlər

10 oktyabr, 12:25

BSU-da inklüziv və dayanıqlı təhsil proqramları müzakirə edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.