
Oktyabrın 9-da Bakı Slavyan Universitetində (BSU) “Təhsil proqramlarının inklüzivlik, dayanıqlılıq və müxtəliflik prinsipləri üzrə adaptasiyası” mövzusunda “dəyirmi masa” keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, BSU-nun rektoru Anar Nağıyev çıxışında inklüzivliyin universitetin fəaliyyətində əsas strateji istiqamətlərdən biri olduğunu qeyd edib. O, dayanıqlı inkişaf və inklüzivlik prinsiplərinin tədris prosesində tətbiqinin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə maarifləndirmə işlərinin daha da gücləndirilməsinin vacibliyini bildirib. Rektor həmçinin mövzu ilə bağlı mütəmadi hesabat xarakterli görüşlərin, təlim və tədbirlərin keçirilməsinin zəruriliyini xüsusi olaraq qeyd edib.
Müzakirə əsasında İnklüziv və adaptiv təhsil kafedrasının bu istiqamətdə gördüyü işlər, aparılan tədqiqat və sorğular, həyata keçirilmiş təlimlər, eləcə də fəaliyyət planı və qarşıda duran məqsədlər barədə iştirakçılara geniş məlumat təqdim edilib.
Görüş zamanı iştirakçılar tərəfindən qeyd edilib ki, inklüziv təhsil digər fənnlərlə inteqrasiya olunmalı, bütün ixtisas proqramlarına daxil edilməli və inklüziv dil anlayışı formalaşdırılaraq tətbiq edilməlidir.
Yekunda qeyd edilib ki, növbəti həftədən etibarən BSU-da “SDG Həftəsi”nə start veriləcək. Sözü gedən təşəbbüs çərçivəsində tədris proqramlarında Dayanıqlı İnkişaf Məqsədləri (SDG) prinsiplərinin nə dərəcədə inteqrasiya olunduğunu müəyyənləşdirmək məqsədilə müvafiq təhlillərin aparılması planlaşdırılır.
1 /7
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər