Bütün xəbərlər
10 oktyabr, 15:27

Müəllimlərin sertifikatlaşdırılması prosesi pedaqoji kadrların bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsini təmin etməklə yanaşı, müəllim peşəsinin nüfuzunun yüksəldilməsinə də mühüm töhfə verir. Builki imtahanlar da bir çox uğur hekayələri ilə yadda qaldı.

Hər bir müəllimin uğur hekayəsi onun peşəsinə olan sevgisindən başlayır. “Azərbaycan müəllimi”nin budəfəki müsahibi də bu prosesdə fərqlənən müəllimlər sırasında olan Sevinc Əliyevadır.

Xətai rayonu 263 nömrəli tam orta məktəbin kimya müəllimi Sevinc Əliyeva sertifikatlaşdırmanın müsahibə mərhələsində 100 faizlik nəticə göstərərək peşəkarlığı və pedaqoji dəyərlərə sadiqliyi ilə seçilib. 

Sevinc müəllim 2020-ci ildən müəllim kimi fəaliyyət göstərir. O, müəllimlərin işə qəbulu imtahanında da kimya fənni üzrə 100 faizlik nəticə göstərib. Peşəsinə olan bu inam və ardıcıl inkişaf istəyi onu həm peşəkarlıq, həm də mənəvi cəhətdən formalaşdırıb.

Sertifikatlaşdırma imtahanını xatırlayarkən Sevinc müəllim səmimi şəkildə etiraf edir ki, suallar onun üçün çətin deyildi: “Kimya müəllimlərinin nəticəsi ümumilikdə bir qədər aşağı oldu, amma bu, daha çox vaxtla bağlı idi. Vaxt məhdudiyyəti və sualların riyazi yönümlü olması səbəbindən bəzi müəllimlər istədiyi nəticəni göstərə bilmədilər. Mən 53 bal topladım, amma daha yüksək nəticə potensialım var idi. İmtahan asan idi, sadəcə vaxt kifayət etmədi”. 

Onun fikrincə, bu proses müəllimlərin biliklərini yoxlamaqla yanaşı, onları daim yeniliklərə açıq olmağa sövq edir: “Sertifikatlaşdırma imtahanının keçirilməsini təqdirəlayiq hesab edirəm. Bu imtahan sayəsində hər bir müəllim öz üzərində daha çox işləyir. Üstəlik, əməkhaqqında 35 faiz artımın tətbiqi sosial rifahımıza da müsbət təsir göstərir. İmtahanlar bizim üçün bir növ motivasiya rolu oynayır”. 

Sevinc müəllim tam nəticə göstərdiyi müsahibə mərhələsini səmimi bir diskussiya kimi xatırlayır: “Həyəcan otağa girənə qədər idi. Komissiya üzvlərini gördükdən sonra artıq rahatladım. Söhbət sanki dərs zamanı şagirdlərlə etdiyim müzakirələr kimi keçdi. Suallar gündəlik tədris təcrübəmlə bağlı idi və hər birini ətraflı cavablandıra bildim”. 

Onun sözlərinə görə, prosesin şəffaf və ədalətli təşkili müəllimlərdə inam yaradır. S.Əliyeva hesab edir ki, çalışan, daim öz üzərində işləyən və yeniliyə açıq olan hər bir müəllim bu imtahanda uğur qazana bilər.

Sevinc müəllim sertifikatlaşdırma prosesini təkcə qiymətləndirmə mexanizmi kimi deyil, həm də müəllimlərin inkişafına təkan verən bir sistem kimi görür: “Mən həmkarlarıma da deyirəm, bu imtahandan qorxmaq lazım deyil. Sertifikatlaşdırma inkişafı təmin edən bir imtahandır. Əziyyət çəkən, öz üzərində çalışan hər bir müəllim mütləq uğur qazanacaq”.

Sevinc müəllim üçün müəllimlik bir peşədən daha artıqdır. O bu işdə özünü tapdığını və şagirdlərlə birlikdə “yaşadığını” deyir: “Mənim uğurumun sirri peşəmə olan sevgimdir. Mən dərslərimi şagirdlərimlə birgə yaşayıram. Həyatda hər kəsin çətin günləri olur, amma məktəbə gedib şagirdlərimi görəndə hər şeyi unuduram. Onlar mənə enerji verir”.

Bu sevgi həm də onun dərs metodikasında öz əksini tapır. Sevinc müəllim dərslərində “estafet oyunu” adlandırdığı metodu tətbiq edir. Bu üsulla şagirdlər bir mövzu ətrafında fikirlərini sərbəst ifadə edir, nəticə çıxarır və məntiqi düşünmə bacarığını inkişaf etdirirlər.

“Hər bir şagirdə toxunmaq, onların fikirlərini öyrənmək mənim üçün çox vacibdir. Şagirdlərim mənə dərsdə və ya məktəbdən kənarda qarşılaşdıqları problemləri rahatlıqla deyə bilirlər. Biz birlikdə bu problemləri müzakirə edib həll yolları tapırıq”, – deyən kimya müəllimi sinifdə sağlam psixoloji mühitin yaradılmasını da uğurun əsas şərti hesab edir: “Hər bir şagird fərqli ailədən gəlir, fərqli düşüncəyə malikdir. Mən hər birinin fikrinə hörmətlə yanaşıram. Əsas məqsədim cəmiyyətə şəxsiyyət yetişdirməkdir”.

Beşillik pedaqoji fəaliyyəti dövründə Sevinc müəllimə heç vaxt “artıq hər şeyi bilirəm” deməyib. O, hər gün öyrənməyə, yeni metodlar axtarmağa və dərslərində tətbiq etməyə çalışır: “Hər gün bir yenilik axtarışındayam və bu axtarış məni uğura aparır. Mən şagirdlərimə də deyirəm: həyəcan normaldır, amma onu idarə etmək lazımdır. Biz şüurlu insanlarıq, hisslərimizə nəzarət etməyi bacarmalıyıq”.

Məhz bu düşüncə tərzi, peşəsinə sevgi və daim öyrənmək istəyi Sevinc müəllimi həm şagirdlərinin sevimlisinə, həm də müəllimlər arasında nümunəyə çevirib. Onun 100 faizlik nəticəsi isə bu sevginin və zəhmətin ən gözəl təntənəsidir.

Şərhlər

Xəbər lenti

10 oktyabr, 18:00

ADNSU tələbəsi Beynəlxalq Gənclər Forumunda ölkəmizi təmsil edib

10 oktyabr, 17:56

“Dünya Psixi Sağlamlıq Günü”nə həsr olunmuş təlim keçirilib

10 oktyabr, 17:49

Bağçalara növbəyə yazılma prosesi davam edir

10 oktyabr, 17:48

BSU “Birgə və Sağlam” İctimai Birliyi ilə əməkdaşlığını genişləndirir

10 oktyabr, 17:13

ADNSU-da “Qraf entropiyası və şəbəkə strukturları” mövzusunda seminar keçirilib

10 oktyabr, 17:09

BMU ilə Malayziya universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

10 oktyabr, 16:50

Naxçıvan məktəblərində psixoloq vəzifəsinə işə qəbul başlayır

10 oktyabr, 16:45

Bakı məktəbliləri arasında aşkarlanan xəstəliklər – Yeni statistika

10 oktyabr, 16:37

4 günlük dərs rejimi: Bu model tələbələr üçün daha effektivdirmi?

10 oktyabr, 16:19

BANM loqo müsabiqəsi elan edir

10 oktyabr, 15:48

NDU-da dərs deyən əcnəbi alimlərin sayı rekord həddə çatıb

10 oktyabr, 14:37

Məktəblərdə iqlim savadlılığını necə artıraq?

10 oktyabr, 14:11

BANM-də “Dayanıqlı İnkişaf Həftəsi” keçirilib

10 oktyabr, 14:03

AzMİU-da ekoloji təhlükəsizliklə bağlı master-klas təşkil olunub

10 oktyabr, 13:20

“Məqsədim ancaq qələbə çalmaq idi” – MDB Oyunlarının medalçısı

10 oktyabr, 13:11

Sülh üzrə Nobel laureatının adı açıqlandı

10 oktyabr, 12:48

Daha 584 tələbə dövlət sifarişi ilə təhsil alacaq

10 oktyabr, 12:41

Türkiyəli mütəxəssislər peşə mərkəzində təlimlər keçirlər

10 oktyabr, 12:25

BSU-da inklüziv və dayanıqlı təhsil proqramları müzakirə edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.