
“Layihənin əsas hədəfi elm və təhsil sahəsində çalışan əməkdaşlar və ali təhsil müəssisələrində təhsil alan tələbələrin sağlam həyat tərzini təşviq etməkdir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) və “Push30” şirkətinin birgə layihəsinin təqdimatı mərasimində ETİHİ-nin sədr müavini Mirzə Cəfərzadə səsləndirib.
O bildirib ki, layihə çərçivəsində iştirakçılar idmanla məşğul olmaq imkanı əldə edəcək, asudə vaxtlarını səmərəli keçirmək fürsəti qazanacaqlar:
“Bu, təhsil işçilərinin və tələbələrin sağlamlığına xidmət edən mühüm sosial təşəbbüsdür. Layihədən yalnız müəllim və təhsil işçiləri deyil, eyni zamanda tələbələr də yararlana biləcəklər. “Push30” layihəsi çərçivəsində təşkilatçılar tərəfindən onlara güzəştli şərtlər təqdim ediləcək”.
O əlavə edib ki, hazırda layihə üzrə ilkin mərhələdə 3 min nəfərin əhatə olunması planlaşdırılıb. Lakin gələcəkdə bu rəqəmin artırılması nəzərdə tutulur:
“Layihəyə qoşulan iştirakçılar başqalarını da təşviq edəcək və bu da layihənin miqyasının genişlənməsinə şərait yaradacaq”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər