
Təhsilin İnkişafı Fondu tərəfindən həyata keçirilən “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində müxtəlif tərəfdaş qurumlarla birgə bir neçə təqaüd proqramı icra olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, layihə çərçivəsində ümumilikdə 3000 müraciət daxil olub və 336 gənc qız təqaüdə layiq görülüb.
Təqaüd proqramları aşağıdakı istiqamətlər üzrə həyata keçirilib:
– Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilən “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı 145 nəfəri;
– NEQSOL Holding ilə birgə həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramı 100 nəfəri;
– STP Şirkətlər Qrupu ilə birgə həyata keçirilən “Zərif mühəndislər” təqaüd proqramı 50 nəfəri;
– “Women in Tech” beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyi ilə birgə həyata keçirilən “Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramı 30 nəfəri;
– “Qırmızı Ürəklər” Fondu ilə birgə həyata keçirilən “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı 11 nəfəri əhatə edir.
Təhsilin İnkişafı Fondu bu proqramlar vasitəsilə ölkədə qızların təhsilinə, eləcə də gender bərabərliyinin təşviqinə mühüm töhfə verməyə davam edir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər