Bütün xəbərlər
17 yanvar, 16:22

Yanvarın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) təşkilatçılığı ilə “20 Yanvar həqiqətlərinin dünyaya çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, ənənəvi olaraq öncə ADNSU-nun 20 Yanvar şəhidləri – Rahim Babayevin, Canpolad Orucovun və Ağabəy Novruzbəylinin barelyefləri önünə gül dəstələri düzülüb, Milli Qəhrəman Mübariz İbrahimovun heykəli önünə əklil qoyulub. Şəhidlərin yaxınları və ailə üzvləri ilə birgə onların xatirəsi dərin ehtiramla yad edilib. 

Universitetin akt zalında davam edən tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Sonra şəhidlərə həsr olunmuş "20 Yanvar" filmi nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən artıq 35 il ötdüyünü deyib və həmin dövrün siyasi proseslərindən, Azərbaycan xalqının öz müqəddəratını həll etməsi üçün etdiyi fədakarlıqlardan söz açıb. O, xalqın ağır günündə Ulu Öndər Heydər Əliyevin xalq, millət qarşısında əvəzsiz xidmətlərinin bu gün öz müsbət nəticəsini verdiyini deyib. 

Həmin çətin günlərdə ADNSU-nun şəhid olan tələbələrinin göstərdiyi qəhrəmanlığı qeyd edən dosent Vazeh Əskərov universitetdə onların daim qürurla xatırlandığını deyib, şəhidlərin yaxınlarına və ailə üzvlərinə tədbirdə iştirak etdiklərinə görə təşəkkürünü bildirib.

TAİB-in sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeyif İmamverdiyev çıxış edərək qəhrəmanlıq tariximizdə istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi həkk olunan qanlı yanvar hadisələrinin Azərbaycan xalqının yaddaşında və tarixində qəhrəmanlıq səhifəsi kimi daim xatırlandığını və bu çətin günlərdə Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərinin gənc nəslə çatdırılmasının önəmindən danışıb. 

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü, dövlət xadimi, tarix elmləri doktoru Həsən Həsənov 20 Yanvar hadisələrinin müstəqillik tariximizdə oynadığı mühüm roldan bəhs edib. Bu tarixi proseslərdə Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətindən və cəsarətli addımlarından söz açan H.Həsənov Ulu Öndərin hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətçiliyini xilas etməklə yanaşı, xalqımızı vahid ideologiya ətrafında birləşdirdiyini deyib. 

YAP İdarə Heyətinin üzvü, Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, professor Əfsun Sucayev 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində qanla yazılan tarix olması ilə yanaşı, həm də millətimizin qəhrəmanlıq dastanı kimi yaddaşlara həkk olunduğunu deyib. Professor Əfsun Sucayev diqqətə çatdırıb ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq və suverenlik uğrunda apardığı mübarizə əzminin sarsılmaz olduğunu göstərdi. O, bu həqiqətlərin dünyaya çatdırılmasında Ulu Öndər Heydər Əliyevin rolunun əvəzsiz olduğunu qeyd edərək, nəticə olaraq, bu gün müasir Azərbaycan dövlətinin nəinki regionda, dünyada qalib, suveren, güclü dövlət kimi özünü təsdiq etdiyini vurğulayıb və bundan sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ancaq uğurlarına şahidlik edəcəyimizi deyib. 

Sonra YAP İdarə Heyətinin üzvü, AMEA-nın müxbir üzvü Amil İsmayılov, YAP İdarə heyətinin üzvü, YAP Veteranlar Şurasının üzvü Tahir Quliyev, AMEA-nın əməkdaşı, professor, türkoloq Güllü Məmmədli çıxış edərək ölkəmizin suverenliyi və azadlığı uğrunda mübarizə tarixində şərəfli yer tutan 20 Yanvar faciəsinin 35-ci ildönümündə bir zamanlar Ulu Öndərin ali təhsil aldığı zəngin tarixi olan ali təhsil müəssisəsində olmaqdan qürur hissi keçirdiklərini bildiriblər. Ulu Öndərin siyasi tariximizdə göstərdiyi xidmətlərindən, xalqımıza qarşı həyata keçirilən faciə və soyqrımlara siyasi və hüquq qiymət verilməsində atdığı böyük addımlardan, bu gün Ümummilli Liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin dəmir yumruq siyasətindən və ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasətdən danışıblar. Qeyd edilib ki, Bu gün Ulu Öndərin siyasi yolunu uğurla davam etdirən Prezident İlham Əliyev daim şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır.

Şəhid ailələri adından çıxış edən ADNSU-nun 20 Yanvar şəhidi Ağabəy Novruzbəylinin atası Oqtay Novruzov hər il olduğu kimi bu il də ADNSU-da 20 Yanvar şəhidlərinin xatirəsinin yad edilməsindən və şəhid ailələrinə göstərilən diqqətdən razı qaldıqlarını bildirib.

1 /9

Şərhlər

Xəbər lenti

6 may, 22:42

Nazir müavini “Sərhəd” hərbi-idman oyununun yekun tədbirində iştirak edib

6 may, 22:39

Peşə məktəblərinin tələbələri üçün təlimlər təşkil olunub

6 may, 19:13

Pedaqoji ünsiyyətin formalaşdırılmasında tərbiyəçi-müəllimin peşə keyfiyyətlərinin rolu

6 may, 18:28

AzMİU məktəblilərlə növbəti maarifləndirici görüş keçirib

6 may, 18:16

Fənn müsabiqələri və Lütfi Zadə olimpiadasının yarımfinal turunun nəticələri açıqlanıb

6 may, 17:57

Müasir ailələrdə valideyn nüfuzu və onun uşaq şəxsiyyətinin formalaşmasına təsiri

6 may, 17:30

NDU-da “Ulu Öndərin xatirə həftəsi”nə start verilib

6 may, 17:04

ADPU rəhbərliyi Hacettepe və Çankaya universitetlərində olub

6 may, 16:55

Bir məktəb, bir ailə: Yarışlara anası ilə hazırlaşan Zeynəbin uğur yolu

6 may, 15:40

İdman istiqaməti üzrə xüsusi qabiliyyət imtahanı verənlərin NƏZƏRİNƏ!

6 may, 15:30

Şimal-qərb bölgəsinin 25 məktəblisi RFO-nun qalibi olub

6 may, 15:20

Dünyanın ən seçilən tələbələrindən biri - 6 yaşından ingilis dilində danışır

6 may, 15:10

Beynəlxalq kimya olimpiadasında iştirak edəcək komanda üzvləri seçilib

6 may, 15:03

Məktəblilərin idman festivalı keçirilib

6 may, 14:40

“Birincilərin birincisi”: Qızıl medal alanlar

6 may, 14:22

AzTU-nun iki komandası “Robotex Azərbaycan – Avrasiya Çempionatı”nda birinci olub

6 may, 14:15

Əl ilə görməyi öyrədən yanaşma

6 may, 14:01

AzMİU-da SSJ tələbə startap düşərgəsinin qalibləri mükafatlandırılıb

6 may, 13:50

Naxçıvan Musiqi Kollecinin 50 illik yubileyi qeyd olunub

6 may, 13:46

Birinci sinif üçün rus bölməsi üzrə müsahibəyə qeydiyyatda limit yoxdur

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.