Bütün xəbərlər
6 may, 15:20

Naxçıvan şəhərində yaşayan Nərmin Əliyeva SAT imtahanı üzrə maksimal 1600 balın 1580-ni toplayaraq ölkə birincisi olmaqla yanaşı, adını dünya üzrə ən yüksək nəticə göstərən 1 faizlik tələbə siyahısına da daxil edə bilib. İngilis dili üzrə dil bacarıq imtahanı olan TOEFL imtahanında isə 120 ballıq sistem üzərindən 111 bal toplayaraq C1 səviyyəsini təsdiqləyən Nərmin bu nəticəsi ilə Naxçıvan üzrə indiyə qədər ən yüksək nəticə göstərən şagird olub.

“Azərbaycan müəllimi” olaraq Nərmini oxuculara tanıtmaq və uğurlu nəticələri ilə bağlı təəssüratını öyrənmək üçün üz tuturuq 17 nömrəli tam orta məktəbə. Onu dərslərindən ayırmamaq üçün tənəffüsdə söhbətləşirik.

- Nərmin, özünü bizə tanıda bilərsən?
- Mən - Nərmin Əliyeva Naxçıvan şəhəri 17 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alıram. Təhsil müddətimdə həm ölkə üzrə, həm də beynəlxalq səviyyədə uğurlar qazanmışam. Riyaziyyat və kimya fənləri üzrə olimpiada nəticələrimi, həmçinin beynəlxalq imtahanlarda əldə etdiyim yüksək nəticələri bunlara nümunə olaraq  qeyd edə bilərəm.

Belə ki, riyaziyyat üzrə gümüş və qızıl, kimya üzrə bürünc medalın sahibi olmuşam.

- İmtahanlara necə hazırlaşırsan?
- İmtahanlara hazırlaşarkən rejimimin  sistemli və planlı olmasına diqqət yetirmişəm. Gündə bir neçə saat dərs çalışmağa üstünlük verib, günlük hədəflərimi yerinə yetirməyi qarşıma məqsəd qoymuşam. 

- Başqa hansı uğurların var? 
- Riyaziyyat sahəsində 10-cu sinifdə SASMO olimpiadasında qızıl, Kopernik olimpiadasında isə gümüş medal, 8-ci sinifdə ARTİ-nin keçirdiyi fənn olimpiadasında kimya fənni üzrə bürünc medal qazanmışam. Həmçinin Kenquru və TEMO kimi beynəlxalq riyaziyyat olimpiadalarında sertifikatlarla təltif olunmuşam.

- Nərmin, bəs hədəflərin nədir?
- Yaxın gələcək üçün hədəfim Türkiyədə kompüter mühəndisliyi üzrə bakalavr təhsili almaqdır. Bundan sonra magistr təhsilimi də xarici ölkələrin birində almağı planlaşdırıram.

- Bu sahəyə marağın hardandır? 
- Kompüter sahəsini seçməyimin əsas səbəbi texnologiyaya olan marağım və bu sahənin daim inkişaf edən, yeniliklərlə dolu bir sahə olmasıdır. Bu sahə insana yaradıcı düşünmək, problemlərə texniki həllər tapmağa imkan verir. Həmçinin kompüter elmləri dünyanın hər yerində tətbiq edilə bilən universal bir sahədir. Elə bu səbəbdəndir ki, təhsilimi kompüter mühəndisliyi üzrə davam etdirməyə qərar vermişəm.

- Valideyinlərin sənə necə istiqamət verib, xarici dil öyrənməkdə kömək ediblər? 
- İngilis dilini altı yaşından öyrənməyə başlamışam, üçüncü sinifdən valideynlərim tərəfindən yönləndirilərək danışıq kurslarına qatılmışam. Buna görə ailəmə minnətdaram. Dil biliklərimi inkişaf etdirmək üçün gündəlik həyatımda da  bu dildən istifadə edib, kitablar oxumuşam, internetdə filmləri ingilis dilində izləmişəm.

- Məktəbdə mühit necədir, sənə necə dəstək olurlar? 
- Xaricdə təhsil almaq arzumu valideynlərimlə yanaşı, məktəb rəhbərliyi və müəllimlərim də hər zaman öz dəstəklərini göstərib. Müəllimlərimin bu yolda əməyi böyükdür. Onlar bu nəticələri əldə etməyimə kömək ediblər, hər zaman məni dəstəkləyiblər. Buna görə də müəllimlərimə minnətdarlığımı bildirirəm.

- Həmyaşlarına tövsiyələrin nədir?  
- Həmyaşlarıma tövsiyə edərdim ki, onlar dərslərdən  əlavə maraq sahələrini genişləndirsinlər, dünyagörüşlərini artırsınlar, həmçinin dil bacarıqlarını inkişaf etdirsinlər.

- Səncə, uğurun səbəbi nədir?
- Uğur qazanmaq üçün gedilən yol əzm və zəhmət tələb edir. Uğurlu nəticəyə nail olmaq üçün yalnız çox yox, həm də düzgün çalışmaq lazımdır. Bunun üçün qarşıya məqsədlər qoyulmalı, kiçik addımlarla əsas hədəfə nail olunmalıdır. Çətin anlarda ruhdan düşməmək, motivasiyanı itirməmək də çox önəmlidir. Bundan əlavə, insan özünü mütəmadi inkişaf etdirməli, yeniliklərə can atmalıdır. Belə olan halda uğur qazanmaq mümkündür. Mən həmişə yorulanda, çətinlik çəkəndə özümü hansı məqsəd üçün çalışdığımı, məqsədimi xatırlayırdım. Bu da mənə öz təsirini göstərir.

Zəngin səsi gəlir və biz söhbətimizi bitiririk, çünki Nərmin yeni uğurlar qazanmaq üçün yenidən dərsə -  öyrənməyə gedir.

Şərhlər

Xəbər lenti

6 may, 18:28

AzMİU məktəblilərlə növbəti maarifləndirici görüş keçirib

6 may, 18:16

Fənn müsabiqələri və Lütfi Zadə olimpiadasının yarımfinal turunun nəticələri açıqlanıb

6 may, 17:57

Müasir ailələrdə valideyn nüfuzu və onun uşaq şəxsiyyətinin formalaşmasına təsiri

6 may, 17:30

NDU-da “Ulu Öndərin xatirə həftəsi”nə start verilib

6 may, 17:04

ADPU rəhbərliyi Hacettepe və Çankaya universitetlərində olub

6 may, 16:55

Bir məktəb, bir ailə: Yarışlara anası ilə hazırlaşan Zeynəbin uğur yolu

6 may, 15:40

İdman istiqaməti üzrə xüsusi qabiliyyət imtahanı verənlərin NƏZƏRİNƏ!

6 may, 15:30

Şimal-qərb bölgəsinin 25 məktəblisi RFO-nun qalibi olub

6 may, 15:10

Beynəlxalq kimya olimpiadasında iştirak edəcək komanda üzvləri seçilib

6 may, 15:03

Məktəblilərin idman festivalı keçirilib

6 may, 14:40

“Birincilərin birincisi”: Qızıl medal alanlar

6 may, 14:22

AzTU-nun iki komandası “Robotex Azərbaycan – Avrasiya Çempionatı”nda birinci olub

6 may, 14:15

Əl ilə görməyi öyrədən yanaşma

6 may, 14:01

AzMİU-da SSJ tələbə startap düşərgəsinin qalibləri mükafatlandırılıb

6 may, 13:50

Naxçıvan Musiqi Kollecinin 50 illik yubileyi qeyd olunub

6 may, 13:46

Birinci sinif üçün rus bölməsi üzrə müsahibəyə qeydiyyatda limit yoxdur

6 may, 13:45

Əcnəbilər dövlət hesabına təhsil aldığımı biləndə çox təəccüblənirlər – DP təqaüdçüsü

6 may, 13:18

ADNSU-da tələbələrin təşəbbüsü ilə “Cyber Club” açılıb

6 may, 12:33

Üçqat olimpiada qalibi: “Özümə qarşı tələbkarlığımı artırıram”

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.