.jpg)
Aprelin 29-da “SOCAR Polymer” MMC-nin baş direktoru Fuad Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
ADNSU-dan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, görüş çərçivəsində rektor dosent Rüfət Əzizov universitetin tədris imkanları, ikili diplom proqramları və sənaye ilə əməkdaşlıq istiqamətində həyata keçirilən layihələr barədə qonaqlara məlumat verib. O, universitet-sənaye əməkdaşlığının əhəmiyyətini vurğulayıb və “SOCAR Polymer” MMC ilə birgə fəaliyyətə maraqlı olduqlarını bildirib.
Müzakirələr zamanı müəssisələrdə çalışan mütəxəssislərin universitetə dəvət olunaraq tələbələrə praktiki dərslər keçməsi və öz təcrübələrini onlarla bölüşməsi imkanları nəzərdən keçirilib. Həmçinin qeyd olunub ki, ADNSU tərəfdaş ali təhsil müəssisəsi kimi sənaye qurumları ilə birgə mühüm layihələr həyata keçirmək və yeni təşəbbüslərlə çıxış etmək potensialına malikdir.
“SOCAR Polymer” MMC-nin baş direktoru Fuad Əhmədov qeyd edib ki, hazırda neft sənayesi də daxil olmaqla bir sıra sahələrin inkişafında ADNSU-nun yetişdirdiyi mütəxəssislər mühüm rol oynayır. O, energetika, elektronika, mexanika və digər texniki ixtisaslar üzrə peşəkar kadrlara hər zaman ehtiyac olduğunu deyib. Direktor bildirib ki, müəssisənin genişlənməsi ilə əlaqədar olaraq kadr potensialının da artırılması xüsusi əhəmiyyət daşıyır.
O, həmçinin qeyd edib ki, hazırda müəssisədə çalışan əməkdaşların bir qismi vaxtilə “SOCAR Polymer”də təcrübə keçmiş tələbələrdir və bu gün onlar artıq peşəkar mütəxəssislər kimi fəaliyyət göstərirlər. Müxtəlif təcrübə proqramları və digər əməkdaşlıq istiqamətləri üzrə birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını və bu əməkdaşlığın müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.
Görüş zamanı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, gələcək perspektivlər və birgə həyata keçirilə biləcək layihələr müzakirə olunub, bu istiqamətdə yol xəritəsi müəyyən edilib.
Sonda qonaqlar ADNSU-nun laboratoriyaları və kompüter otaqları ilə tanış olublar və mövcud maddi-texniki bazanı yüksək qiymətləndiriblər.
1 /12
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər